Ramilə Sultan: "Emin Ağalarovun mahnılarını yataqda da dinləyirdim, ona olan hörmətim sifira endi".

29, 07, 18
13:45

Ramilə Sultan: "Emin Ağalarovun mahnılarını yataqda da dinləyirdim, ona olan hörmətim sifira endi".

Bildiyimiz kimi, ölkəmizdə keçirilən “Jara-2018” müsiqi festivalı ətrafinda müzakirələr tükənmək bilmir. Ən əsası da, ölkəyə gətirilən erməni-kürd əsilli Zara Mqoyanın iştirakıdır. Dünən artıq Zaranın ölkəmizə gəlişini normal hesab edənlər də olub. Elə bu açıqlamadan sonra sosial şəbəkələr etiraz emosiyalarını gizlədə bilməyən istifadəçilərin çıxışları və paylaşımları ilə titrəyib. Zaranın Bakıya gəlməsini normal hesab edənləri nəinki tənqid, hətta təhqir atəşinə də tutublar. Onlardan biri də RS MMC sədri jurnalist Ramilə Sultandır. Ramilə xanımın Azerbaycanrealligi.com-a göndərdiyi yazını təqdim edirik:

"Emin Ağalorovun mahnılarını hər zaman sevə-sevə dinləyirdim, hətta yatağa girənə qədər qulaq asırdım. Amma “Jara-2018” musiqi festıvalının anonslarından sonra ona qarşı fikirlərim və düşüncələrim dəyişdi. Ona olan hörmətim 0-a endi. Bir ölkədə ki, qazi ola, hər gün ölkəyə terorrist erməni tərəfindən öldürülmüş şəhid tabutu gələ, qazilərimizə, şəhidlərimizin ruhuna hörmətsizlik edərək erməni müğənnisi Zaranı Bakıya gətirmək nə deməkdir? Hələ buna utanmadan dəstək verən bəzi səlahiyyətli şəxslər də var, Şuşa İcra Hakimiyyəti Başçısı Bayram Səfərov, siyasətçi Sərdar Cəlaloğlu, yazıçı və şair Yafəs Türksəs kimi sapı özümüzdən olan baltalar da var. O Zaraya xərclənən pulları Emin Ağalarov şəhidlərimizin ailələrinə, Qarabağ qazilərinə, Bakıda çadırlarda, zirzəmilərdə qalan məcburu köçkünlərimizə xərcləyə bilməzdimi? Yoxsa əli Azərbaycan xalqının qanına batmış erməni müğənnisi Zaraya yüz minlər xərcləmək bu xalqa təhqir deyil, bəs nədir?


Ramilə sultan Fotosu
Bu haqda çox yazmaq olar, uzun-uzadı yazsan da bitməz, amma mən sonda Emin Ağalarova səslənərək demək istəyirəm ki, Bakıya erməni küçüyünü gətirməklə sən 80 milyon türkü aşağıladın və onu da unutma ki, heç bir pul, para vəzifə əbədi deyil, güvəndiyin və arxalandığın insanların da bir gün taxtdan-tacdan enən vaxtı olacaq. Bax, o zaman bu etdiklərin əməllərə cavab verməli olacaqsan, təbii ki, verə bilsən!"

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın