İllərdir Fərəcova qarşı sürülən ittihamlara hələdə bir cavab yoxdur. Kim durub bu işin araxasında?

13, 01, 23
17:00

İllərdir Fərəcova qarşı sürülən ittihamlara hələdə bir cavab yoxdur. Kim durub bu işin araxasında?


Artıq neçə vaxtdır Sumqayıtı özəl xanlıq edən Zakir Fərəcov haqqında sil silə araşdırma yazılarım dərc edilir. Sosial mediada Fərəcovun trolları xüsusi hücuma keçib. Hələ bundan əlavə özümə gələn əvvəl xahiş sonra isə hədə qorxu zəngləri tükənmir. Onsuz bir dəfə belə mübarizələrdə başım ağrayıb. Amma tarix və ədalət bir gün zəfər çalacaq. Yadıma Sokratın edamı ilə bağlı bir hadisə düşdü.

Sokratın məhkəməsində 501 andlı hakim iştirak etmişdi. Onlardan 280-i Sokratın öldürülməsinə, 221-i isə sağ qalmasına səs vermişdi. Sokratın illərlə boğazını gərə-gərə tələbələrinə heç bir təmənnasız öyrətdiyi demokratiya dərslərinin nəticəsi bu idi.
 
Sokrat unutmuşdu ki, vicdansız adamlar var, onlar demokratiyanın keşiyində də öz vicdansızlıqları ilə dururlar. Sokratın ölüm hökmünə məhkum edilməsi əslində, “yaxşı oldu”, bununla da demokratiyadakı səs çoxluğunun əsl mahiyyəti açıldı. Həm də Sokrat əsl taleyini yaşamış oldu — insan mübarizə apardığı nəsnənin qurbanına çevrilir.

Amma dövlətçiliyimizi qorumaq üçün kimsə qurban olursa bundan qorxmaq lazım deyil.

Keçim əsas məsələyə.

Zakir Fərəcova gəlincə icra başçısı AXC dövründə şəhər təsərrüfatına və sonralar bələdiyyəyə rəhbərlik edib.

 
Zakir Fərəcov əvvəlki rəhbərlərdən Sumqayıtı daha yaxşı tanıyır və problemlərinə əhatəli şəkildə bələddir. Ancaq maraqlıdır ki, bələdiyyə sədri olduğu zaman imzasıyla sahibkarlara verdiyi ərazilərdən şikayətlər gəlir. Yəni bəzi sahiblarlar obyektlərinin söküldüyünü bildirirlər. Yaxud onun icra başçısı təyin olunduqdan sonra keçirdiyi ilk müşavirədə təhsilin bərbad durumda olduğunu vurğulaması anlaşılmazdır. Çünki rəhbərlik etdiyi əvvəlki rayonda – Abşeronda daha təhsil ağır vəziyyətdədir və Sumqayıtdan dəfələrlə geri qalır.

Ümumiyyətlə, Zakir Fərəcovun həmin çıxışı daha diqqətlə araşdırılsaydı, daha yaxşı olardı.

Daha sonra Fərəcovdan çoxsaylı şikayətlərə nəsə görməzdən keçirlər.


Redaksiyamıza bir qrup iş adamı və fəhlələr,qarabağ qaziləri müraciət edərək bildirir ki, Sumqayıt şəhər Memarlıq və Tikinti şöbəsinin müdiri – baş memar Adil Xudadatovla bağlı Prezident Admniatrasiyasına şikayət edilib.

Şikayətçilər iddia edir ki, A. Xudadatov hətta bəzən Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı adından da sərəncamlar verir, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin səlahiyyətlərini mənimsəyir.

Sumqayıtın icra başçısı Zakir Fərəcovun sahibkarlara 4 milyon manat borcu var. İş adamları 6 ildir pullarını ala bilmir. BakuPress.Az xəbər verir ki, həmin iş adamları bununla bağlı ölkə başçısına müraciət ünvanlayıblar.

Onlar bildirir ki, borc qalmaqalı hələ 6 il bundan öncə başlayıb. Belə ki, Sumqayıt Dənizkənarı Bulvarın yenidən qurulması və abadlaşdırılması üçün Zakir Fərəcovdan sifariş alıblar. Həmin sifarişə əsasən bulvarı başdan, ayağa yenidən qurduqdan sonra, onun abadlaşdırılmasını həyata keçirməliymişlər. Bunun müqabilində isə smetada nəzərdə tutulan pul ödəniləcəkmiş.

Amma hələdə heç bir borc ödənmir.


Ölkəmizdə rüşvətxor korrupsianer məmurlara qarşı hüquq-muhafizə orqanlarının prinsipial mübarizəsi göz önündədir. Büdcəni talan etmək, vətəndaşlara ayrıllan pulları mənimsəmək, rayonların, bölgələrin, şəhərin müxtəlif yerlərinə ayrılan vəsaitləri aidiyyəti üzrə xərcləməyib öz şəxsi mənafeyi üçün xərcləyən Zakir Fərəcov və onun komandası var. Onlar düşünməsin ki, dövlət lahiyəsi üçün ayrılan vəsaitləri özlərinə və övladlarına dəyəri yüz minlərlə manata olan maşın alıb sürməklə, bahalı mülklərdə yaşamaq onların haqqı deyil.Bu xalqın puludur.

Apardığım araşdırmalarda belə baxıram ki,illərdir Fərəcova qarşı sürülən ittihamlara hələdə bir cavab yoxdur. Kim durub bu işin araxasında?


Qayıdaq, 2010-dan sonrakı ittihamlara. Deyək ki, 2012-ci ilə. Zakir Fərəcova qarşı Azərbaycan mətbuatında belə bir ittiham irəli sürülür ki, o, bu vaxta qədərki hansısa fəaliyyətləri üzündən büdcəyə 90 milyon manat(!) borclu qalıb. “Borclu qalıb” şərti ifadədir. Yəni büdcədən yoxa çıxan daha bir 90 milyonun söhbəti Zakir Fərəcovun üzərində qalıb deməkdir.

KİV özünü öldürür ki, bu fakta görə Fərəcovu hətta ən güclü himayədar da daha qoruya bilməz və o, gedəcək. Yəni, ən azı, işdən çıxarılacaq. Amma heç bir nəticə yoxdur. Yəni, nəticə ondan ibarətdir ki, Fərəcov hələ də Abşeron rayonunda icra hakimiyyətinin başçısıdır. Ola bilər ki, 90 milyon manat şişirdilmiş rəqəmdir. Mümkündür ki, 90 milyon yox, 9 milyon manat olsun. Amma axı, söhbət dövlət vəsaitindən və dövlət məmurundan gedir! Belə nəticəyə gəlmək olarmı ki, dövlət öz vəsaitlərini öz məmurlarının əmlakı elan edib və bu vəsaitlərdən kim necə istəyirsə, elə də istifadə edə bilər?

Abşeron qaçqınları 102-ni tanıyırlar


2014-cü ildən bəhs edək. Zəngilan rayonundan qaçqın düşən, Abşeron rayonu ərazisində məskunlaşan ailə (Hüseynov Qədimalı İman oğlunun ailəsi) ölkə mətbuatına şikayət edir. Onlar Fərəcovun əməlləri barədə hətta polisin 102 qaynar xəttinə də müraciətlər ediblər. Qaçqınlar qanunla onlara verilmiş pay torpağının əllərindən alınmasından şikayət edirlər. Hansısa balaca sahibkar icra başçısına 20 min manat rüşvət verib onların torpağını əlindən alır. Jurnalist də bu faktın rəsmiləşdiyini də nəzərə alıaraq yazır ki, Zakir Fərəcovu işdən çıxaracaqlar.

Qənirə Paşayeva şahiddir.

Abşeron rayonu Masazır kənd sakini Alıyeva İlahə Qədir qızı Baş prokuror Zakir Qaralova müraciət edib. Müraciətin məğzi budur ki, vaxtı ilə oxuduğu məktəbdən natamam orta təhsil haqqında şəhadətnaməsini ala bilməyib. Qənirə Paşayeva bu xanımın probleminin həll edilməsini Zakir Fərəcovdan xahiş edib. Təsəvvür edirsinizmi? Natamam orta təhsil haqqında şəhadətnamənin sahibinə verilməsi ilə kimlər məşğul olur?! Şəhadətnamə məsələsi üçün Zakir Fərəcov Eldəniz adlı birisini təhkim edir.

Sonra supermarket olayı baş verir. Eldəniz şikayətçi xanıma bildirir ki, şəhadətnamə üçün 1000-1200 manat verməlisiniz. Pul ödənilir. Sonra bu Eldəniz şikayətçiyə ucuz ev təklif edir. 22000 manata. Bu pulun da 9 minini alıb aradan çıxır. İş şikayət səviyyəsinə çatanda Eldəniz bildirir ki, pul Zakir müəllimə çatıb və sən ona heç nə edə bilməzsən! Vəssəlam. Kitab qapandımı? Bu söhbət mətbuata çıxanda Zakir Fərəcovla bağlı nəsə etməliydilərmi? Heç olmasa, bu Eldənizi tapıb cəzalandıra bilərdilərmi?

Amma etməyiblər və günah mətbuatdadır.

Olimpiya fırıldağı

İlham Əliyevin göstərişi ilə Abşeronda olimpiya kompleksi inşa edilməli imiş. Zakir Fərəcov da dərhal kompleks üçün yer ayırıb. Lakin bir müddət keçdikdən sonra bəlli olub ki, icra başçısının ayırdığı yer xüsusi mülkiyyətdir. Torpağın sahibi əvvəlcə bununla bağlı icra başçısına, daha sonra gənclər və idman nazirinə müraciət edib. Lakin nəticəsi olmayıb. Bu halda mülkiyyətçi Abşeron Rayon İcra Hakimiyyətini məhkəməyə verib.

Torpaq sahibinin əlində bütün sənədlər olmasına baxmayaraq, məhkəmə Zakir Fərəcovun sifarişini yerinə yetirib. İşdən apelyasiya şikayəti verilib.

Apelyasiya Məhkəməsi də birinci məhkəmə instansiyasının qərarını qüvvədə saxlayıb. Lakin bununla belə məhkəmələr Zakir Fərəcovun diqqətinə çatdırıblar ki, bu iş Avropa Məhkəməsinə gedərsə, dövlətə böyük zərbə olacaq. İcra başçısı isə deyilənlərə əhəmiyyət verməyib.
 
Sumqayıtın icra başçısı Fərəcov 23 ildir xanlıq edir. Şikayətlərə heç kim baxmır. Hətta Sumqayıt bulvarının tikilməsi və iş adamları ilə borc qalmaqalı, bulvar tikintisində pulunu tələb edən iş adamını Fərəcovun sifarişi ilə həbsə saldırması haqqı yeyilən Qarabağ qazilərini onun qapısına göndərməsi qurma iş imiş.

P.S.Köhnələri özüm yada saldım ki,aidiyyəti qurumlar 23 illik bütün fəaliyyətə nəzər salsınlar

Şəfəq Ağacan


AZƏRBAYCANREALLIĞI.COM    

Bizimlə əlaqə WhatsApp (055) 8288841 
 
 

Bizimlə əlaqə saxlayın