“Qadınlar bu yaşda cinsi baxımdan daha da aktivləşir”

17, 12, 22
11:00

“Qadınlar bu yaşda cinsi baxımdan daha da aktivləşir”


"Cavana gedən yumruq, qocaya gedən quyruq yeyər". Zaman keçsə də, müasir günümüzdə köhnədən qalma bu deyim hələ də aktuallığını qorumağa davam edir. Gənc qızlar təəssüflər olsun ki, təhsil almaq, inkişaf etmək əvəzinə evliliklə həyatın önəmli qayğılarından, məsuliyyətindən yayınmağa çalışır. 

Elə bu yaxınlarda 17 yaşlı qızın 50 yaşlı kişi ilə evlilik yolunda addım atması kimi... Bəs, analoji hadisələrin artması gələcək üçün nə vəd edir?

"Azərbaycan Reallığı" xəbər verir ki, psixoloq Samirə Bağırova bizim.media-ya mövzu ilə bağlı danışıb və bu cür  evliliklərdə meydana çıxacaq problemləri dilə gətirib:

"Böyük yaş fərqi böyük problemdir. Evliliyin ilk zamanlarında hiss olunmasa da zamanla açıq şəkildə həm psixoloji, fizioloji, həm də cinsi baxımdan təsirsiz keçmir. Belə ki, yaşca çox böyük bəylə evlilikdə kişinin qısqanclığı, səbrsizliyi hər iki tərəfdə, uşaqlara fərqli tərbiyənin verilməsi, birinin daha müasir yanaşmaları digəri keçmişlə müqayisələri tərbiyədə yanlışlara yol açır. Həmçinin həyata baxış eləcə də cinsi tərəfdən zamanla kişinin performansının təbii olaraq zəifləməsi, qadında isə əksinə aktivləşməsi başlayır. Uşaq doğulur müəyyən yaşa çatdıqda qadın özünə fokuslanır. Hətta xanımların ən çox verdiyi sual 30 yaşlardan sonra qadının daha özgüvənli, daha da özünə diqqət etməyə başlaması ilə bağlıdır. Və qadının 40 yaşlarında daha da aktivləşməsi mərhələsi var".

Psixoloq həmçinin bu kimi evliliklərin psixoloji sindromlara səbəb olduğunu da qeyd edib:

"Son zamanlarda boşanmalarda yer alan yaşlar sırasında 30 yaşlı bəy və 18-19 yaşlı xanımlarla evliliklərə rast gəlmək olur. Mütəxəssislər qeyd edir ki, eyni yaşda evlilik hər 2 tərəf üçün uyğun sayılır. Belə ki, hər iki tərəf eyni zəmanəni, hadisələri eyni şəkildə müşahidə edərək düşünə bilirlər.

Amma yenə də düşünürəm ki, məsələ yaşla deyil. Əlbətdə ki, hər yeniyetmə və hər bir gənc subaylıq şıltaqlıqlarını yaşamalı, aşmalıdır. Ailə qurma məsuliyyətini hiss edincə, hazır olunca, addım atmalıdır.

Yaşda 10-15 hətta 20 yaş fərqi artıq daxilindəki şıltaqlıqdan keçmək, yaşından böyük düşünməyə, davranış göstərməyə, qarşı tərəfə uyğunlaşmağa məcbur olmaqdır ki, zamanla bu səbəbsiz aqressiya, deyingənlik, psixoloji sindromların yaranmasına və boşanma ilə nəticələnməyə səbəb olur. Ər və arvad arasında ən önəmli olan cinsəl və xarakter uyğunluğudur", - deyən S.Bağırova bu kimi hallarda istisnaların da olduğunu diqqətə çatdırıb.

AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə WhatsApp (055) 8288841 

Bizimlə əlaqə saxlayın