İlham Əliyev bəyan etdi - Fransa sülh prosesində iştirak edə bilməz

27, 11, 22
19:00

İlham Əliyev bəyan etdi - Fransa sülh prosesində iştirak edə bilməz


Prezident İlham Əliyev Fransanın Bakı ilə İrəvan arasında sülh prosesində iştirakına qarşı çıxıb və Emmanuel Makronun münaqişə iştirakçılarından birinin tərəfini tutduğunu qeyd edib. 

"Azərbaycan Reallığı" Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Dövlət Başçısı Bakıdakı beynəlxalq konfransda çıxışı zamanı bildirib. O qeyd edib ki, Fransadan fərqli olaraq, Dağlıq Qarabağ nizamlanması üzrə digər vasitəçilər – ABŞ və Rusiya “heç vaxt rəsmi olaraq tərəf tutmayıblar”.

"Praqa görüşündən bir həftə keçməmiş Fransa prezidenti Makron müsahibəsində Azərbaycanı tənqid etdi və bizi etmədiklərimizə görə günahlandırdı. Bunun ardınca Fransa Senatının məlum qətnaməsi gəldi ki, bu qətiyyən qəbuledilməz və təhqiramizdir. Sonra Fransa Milli Assambleyasının daha bir anti-Azərbaycan qətnaməsi, daha sonra Fransanın Frankofoniya sammiti vasitəsilə bizə hücum cəhdi oldu. Bütün bunları nəzərə alsaq, Fransanın sülh prosesində iştirak edə bilməyəcəyi aydındır" - deyə, Prezident bildirib.

Nurlan Şiraliyev

AZƏRBAYCANREALLIĞI.COM   

Bizimlə əlaqə saxlayın