İcra Hakimiyyəti vergi borcu olan şirkətə yarım milyonluq tender verdi - DETALLAR

22, 11, 22
15:00

İcra Hakimiyyəti vergi borcu olan şirkətə yarım milyonluq tender verdi - DETALLAR


Zərdab Rayon İcra Hakimiyyəti Başçısının Zərdab şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi yolların təmiri ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

"Azəraycan Reallığı" 
“Ölkə.Az”a istinadla xəbər verir ki, tenderin qalibi “Şabran-D” MMC olub.

Qalib təşkilatla 599,238 min manat məbləğində satınalma müqaviləsi imzalanıb.

“Şabran-D” MMC 12.12.2007-ci ildə dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Bədəlov Cəlal Bayram oğludur. Hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Ak.Həsən Əliyev, ev 92A, m. 1 olan şirkətin nizamnamə kapitalı 10 manatdır.

Qeyd edək ki, şirkətin 1057 manat vergi borcu mövcuddur.

Azərbaycan dövlət satınalmaları haqqında qanunda isə malgöndərənlərə dair tələblərdən biri də vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmamasıdır. 

 AZƏRBAYCANREALLIĞI.COM 

Bizimlə əlaqə saxlayın