“Biz yoxsulluğu azalda bilmişik”

22, 11, 22
12:00

“Biz yoxsulluğu azalda bilmişik”


“Biz yoxsulluğu əhəmiyyətli dərəcədə azalda bilmişik. Hətta pandemiya dövründə yoxsulluq bir qədər artsa da postpandemiya dövründə görülmüş işlər nəticəsində minimum əməkhaqqının, pensiyanın minimum məbləğinin müntəzəm olaraq artırılması nəticəsində yoxsulluğu da biz təqribən 5 faiz ətrafında saxlayırıq”.

“Azərbaycan Reallığı”
xəbər verir ki, bunu Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev YAP-ın yaradılmasının 30 illiyi münasibətilə keçirilən tədbirdəki çıxışında deyib. 

Dövlət başçısı bildirib ki, bu, dünya miqyasında çox gözəl göstəricidir: “Burada həm dövlət siyasəti, həm iqtisadi-maliyyə sektorundakı şəffaflıq, eyni zamanda, biznes mühitinin yaxşılaşdırılması, yerli və xarici sərmayələrin bundan sonra da qeyri-neft sektoruna cəlb edilməsi əsas amillərdən biri olacaq”.

AZƏRBAYCANREALLIĞI.COM 

Bizimlə əlaqə saxlayın