"Caspian Otel"in əli ilə PUL SİLİRLƏR - FAKT!

21, 11, 22
16:00

"Caspian Otel"in əli ilə PUL SİLİRLƏR - FAKT!


"İki ildən yuxarıdır ki, COVİD yoxlaması üçün ayda 2 dəfə yaxma verməkdən burun-boğaz yolu "döyənək" olmuş dəniz neftçiləri "Azneft" İB-nin rəhbərliyindən soruşurlar ki, əgər bu yaxmalar bizim sağlamlığımız üçündürsə bu halda niyə bizdən yaxma götürülür və evimizə qayıdırıq?" Bu barədə neftçilərin adından edilən müraciətdə qeyd olunur.

Neftçilər daha sonra sual edirlər: 


"Yol boyu çoxlu sayda insanlarla təmasda oluruq. Bu halda bizim COVİD-ə yoluxma ehtimalı yoxdu ki? Rayondan gələnlər də var...

Yaxma verib qohum evində qalan, yenidən rayona qayıdan da var axı...

Şəkildə gördüyünüz kimi barkodun üzərinə "Caspian otel" yazılıb. Belə çıxır ki, "sağlamlığımızın" qorunması üçün biz oteldə "qalırıq"? Əgər belədirsə niyə bizim haqqımızı vermirlər? Qanun hamı üçün qanundur.

Bilmək istərdik niyə "sağlamlıq" prosesinə şəffaflıq gətirilimir?"

"Və sonda görəsən bu prosesdən kim qazanır, kim əzab çəkir?" deyə sual edən neftçilər adından daxil olan müraviətdə bu sualın mümkün cavabları da səslənib: "Qazanan tək otel və klinika sahibləridir yoxsa?.."

Məsələ ilə bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq (Dia.az)


AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə saxlayın