QADINLARIN ŞƏXSİ NÖMRƏLƏRİNİ KOSMETOLOJİ MƏRKƏZLƏRƏ KİM ÖTÜRÜR?

21, 11, 22
15:00

QADINLARIN ŞƏXSİ NÖMRƏLƏRİNİ KOSMETOLOJİ MƏRKƏZLƏRƏ KİM ÖTÜRÜR?


Bu gün elə bir qadın yoxdur ki, onun şəxsi nömrəsinə kosmetoloji mərkəzlərdən zəng edərək pulsuz prosedurlara dəvət etməsinlər. Zəhlətökən həddə olan bu cür zənglərdən isə can qurtarmaq mümkün deyil.

"Azərbaycan Reallığı" xəbər verir ki, bir-biri ilə əlaqəli işləyən belə mərkəzlər həftə ərzində xanımlara zəng edərək pulsuz üz qulluğu prsedurlarına dəvət edirlər. Xidmətdən yararlanan xanımlara isə 1 saatlıq xidmət vaxtı ödənişli prosedurlara gəlmək üçün dil tökürlər.

Əsasən imtina cavabı alan bu mərkəzlər həmin nömrələri digər mərkəzlərə də ötürürlər. Hansısa kosmetoloji mərkəzin xidmətindən imtina etməyinizə baxmayarq, növbəti gün bir başqa mərkəzdən eyni məzmunlu zəng gəlir.

Narahatedici məqam isə bu mərkəzlərə xüsusilə xanımlara aid şəxsi telefon nömrələrini kimlərin verməsidir. Bu gün ölkə üzrə fəaliyyət göstərən hər 3 operatorun xanım abunəçilərinə mütəmadi olaraq belə zənglər gəlir. Zəng gələn nömrələri qara siyahiya atmaqla da iş bitmir.

Çünki növbəti gün sizə başqa mərkəzdən və başqa nömrə ilə yığmış olacaqlar. Çox qəribədir ki, belə zənglər ancaq xanımlara gəlir. Bu da onu deməyə əsasə verir ki, sözügedən mərkəzlərə bilərəkdən, ad və soyadları bəlli xüsusilə qadınların şəxsi nömrələri verilir. (Tribunainfo.az) 

Nigar

AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə saxlayın