SON DƏQİQƏ! Cahangir Əsgərovun fəaliyyəti TƏFTİŞ OLUNUR - AZAL-da korrupsiya yoxlamaları başladı

Manşet / Gündəm
 15-11-2022, 12:00     421


Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən xüsusi yoxlama qrupu Azərbaycan Hava Yolları Dövlət Konserndə (AZAL) yoxlamalara başlayıb.

"Azərbaycan Reallığı"ı
n məlumatına görə, bu barədə Gununsesi.info-ya AZAL-dan bildirilib.

Məlumata görə, son bir neçə ili əhatə edən kompleks yoxlamanın 2 ay çəkəcəyi proqnazlaşdırılır.

Ehtimal olunur ki, Cahangir Əsgərovun adına yazılacaq yüz milyonlarla yeyinti ondan geri alındıqdan sonra işindən kənarlaşdırılacaq.

Son illər Cahangir Əsgərovun AZAL-dakı oğurluqlar hesabına əldə etdiyi ailə sərvəti haqqında çoxsaylı araşdırmalar dərc edilib.

Xatırladaq ki, Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev AZAL-ın Müşahidə Şurasının rəhbəridir.

Bu yaxınlarda AZAL-a yeni birinci vitse-prezident təyinatı da olub. 

AZƏRBAYCANREALLIĞI.COM