Masallıda İş adamı qanunsuz tikildiyi supermarket söküldü - VİDEO

Manşet / Region
 7-11-2022, 11:00     593


"Azərbaycan Reallığı" xəbər verir ki, Masallıda İş adamı Azər İsmayılovun qanunsuz tikildiyi supermarket sökülüb.

Qanunsuz tikililərə qarşı son zamanlar ölkədə başlanan "səlib yürüşü" Masallı rayonundan da yan keçməyib. Daha doğrusu rayona bu ilin iyul ayında təyin olunan başçısı Araz Əhmədov ondan əvvəlki başçılardan fərqli olaraq qanunsuz tikililərə göz yummur. 

Məsələn, son aylar ən çox haqqında danışılan belə tikililərdən biri Masallı şəhərinin mərkəzində, İcra Hakimiyyəti binasının yaxınlığında idi. 

Səfəralı Məmmədov küçəsi ilə Qarabağ küçəsinin kəsişdiyi ünvanda tikilən obyekt Masallı şəhəri, Seybətin küçəsi ev 38 ünvanında yaşayan, İsmayılov Azər Əşrəf oğluna məxsus olub. 

Bu gün isə Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təklükəsizliyə Nəzərət Dövlət Agentliyinin qərarı (05 noyabr 2022-ci il -Qərar N 005) ilə hüquqi sənədi olmadan 5 mərtəbəli yaşayış binasına bitişik vəziyyətdə, binanın ümumi mülkiyyətində olan dövlətə məxsus torpaq sahəsində qanunsuz tikilmiş yüngül konstruksiyalı 448 kv.m olan obyektin söküntüsünə başlanılıb.

Qonşuların, şəhər sakinlərinin də haqlı narazılığına səbəb olan bu tikilini 2022-ci ilin əvvəllərində yaşılıqları, ağacları məhv edərək tikilmişdi. Masallının keçmiş icra başçısı Şahin Məmmədov tikintisinə göz yumduğu tikilinin fəaliyyəti yeni başçı Araz Əhmədov tərəfindən saxlanıldı. 

Əslində sahibkarın qanunsuz əməllərinə göz yuman, onu şirikləndirən Şahin Məmmədovdan öncə rayona rəhbərlik edən Rafil Hüseynov olmuşdu.

Əldə etdiyimiz məlumata görə, hazırda Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı olan Rafil Hüseynov iş adamı Azər İsmayılova rayonun Heydər Əliyev prospektində 60 min manata torpaq sahəsi satmışdı. Qanuni sahibi başqası olan həmin torpaq sahəsini Rafil Hüseynov qanunları tapdalayaraq iş adamına vermişdi. Daha doğrusu onu aldadaraq pulunu mənimsəmişdi.

Elə bu zaman Rafil Hüseynov Ağcabədiyə, Şahin Məmmədov isə Ağcabədidən Masallıya icra başçısı transferi edilir. Həmin torpaq sahəsinin qanuni sahibinin oğlu isə Vətən müharibəsi dönəmində müharibədə iştirak edərək, qazi olur. Qazi atasından torpaq ala bilməyəcəyini görən iş adamı Azər İsmayılov Rafil Hüseynovun yaxasından yapışır.

Vəziyyətin pisləşdiyini görən Rafil Hüseynov qohumu, həmyerlisi Şahin Məmmədova Azər İsmayılov üçün güzəştə getməsini xahiş edir. “Ara xəlvət, tülkü bəy” prinsipləri ilə yaşayan Azər İsmayılov şəhərin mərkəzində yaşıllıqları məhv edərək, sözügedən obyekti tikir.

Fotolarda qanunsuz obyekt tikilməzdən öncə yaşıllıqları əks etdirən görüntü və tikinti vaxtı kəsilən ağaclar əks olunub: 



Tikinti obyektinin sökülməsi barədə QƏRAR

Araz Əhmədov Masallı Rayonuna İcra Başçısı təyinatı alanda hər kəsi maraqlandıran bir sual var idi? Görəsən rayonda sabiq icra başçıları - Rafil Hüseynov və Şahin Məmmədovla dil tapdığı kimi Azər İsmayılov yeni icra başçısı ilə münasibət qura biləcəkmi?

Əldə etdiyimiz məlumata görə, hətta bir neçə nüfuzlu şəxs Araz Əhmədova Azər İsmayılov üçün xahiş etsə də yeni başçı Prezidentə verdiyi sözü əsas gətirərək, şəffaflığı qoruyacağını, heç bir qanunsuz əmələ getməyəcəyini bildirib.

Və sonuc olaraq, bu gün həmin obyekt söküldü. Aldığımız məlumata görə, yaxın günlərdə obyektin yeri yenidən gül-çiçək, yaşıllıqlara bürünəcək.

VİDEO


AZƏRBAYCANREALLIĞI.COM