Hava ilə bağlı - Xəbərdarlıq

Manşet / Hava
 29-10-2022, 15:00     465

Hava ilə bağlı
Milli Hidrometeorologiya Xidməti ölkə ərazisində hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq yayıb.

“Azərbaycan Reallığı” xəbər verir ki, Bakıda və Abşeron yarımadasında oktyabrın 29-u gün ərzində bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Azərbaycanın rayonlarında oktyabrın 28-i axşam şimal və qərb rayonlarından başlayaraq 30-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir.

Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Qərb küləyi arabir 15-20 m/s-dək güclənəcək.

AZƏRBAYCANREALLIĞI.COM