26 iyul- Qanı ilə tarix yazan Aprel şəhidinin doğum günüdür

26, 07, 18
02:45

26 iyul- Qanı ilə tarix yazan Aprel şəhidinin doğum günüdür


Baş leytenant Rəşid Mehdiyev Rövşən oğlu  1990-cı ilin 26 iyul günündə Salyan rayonunun Xələc kəndində anadan olub. Ailənin yeganə oğul övladı idi. Salyan rayonu Yuxarı Xalac kənd 2 saylı orta məktəbində  təhsil  alib. Orta təhsilini başa çatdırdıqdan sonra istənilən ali məktəbə daxil ola bilərdi. Çox hazırlıqlı uşaq idi. Lakin Rəşid  ali hərbi təhsil almağı, zabit kimi Vətənə xidmət etməyi, erməni tapdağı altında qalan torpaqlarımızın azad olunmasında yaxından iştirak etməyi qərara aldı. Bu istəyi reallaşdırmaq üçün 2008-ci ildə Heydər Əliyev adına Bakı Ali Hərbi Akademiyaya qəbul oldu. 2011-ci  ildə təhsilini başa vurub  leytenant kimi Vətənə xidmət etməyə başladı. Üzərinə düşən bütün vəzifələri şərəflə, ləyaqətlə yerinə yetirərək tez bir zamanda baş leytenant rütbəsi aldı. Gəncə N saylı  hərbi  hissədə taqım komandiri olub. 2016-ci il aprel savaşı zamanı Rəşid  ərizə  yazaraq  könüllü  olaraq doyüşlərə qoşulur. Özü  topcu  olaraq ordumuzun aprelin 2-də işğaldan azad etdiyi Talış kəndi ətrafındakı yüksəkliklər yaxınlığında ermənilərin bir neçə texnikasını siradan  çıxartmışdı. Bu yüksəkliklərin düşməndən azad edilməsində qəhrəmanlıq göstərərək şəhid olur. Aprelin 5-i isə Rəşid Mehdiyev doğulduğu Salyan rayonunun Xələc kəndində son mənzilə yola salındı. Subay idi . Rəşid Mehdiyev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edildi. Allah  rəhmət  etsin.  Məkanın  cənnət olsun , şəhidim !

Azerbaycanrealligi.com







Bizimlə əlaqə saxlayın