“Məzahir Pənahova deyin kağız-kuğuzu korlamasın, bizim Prezidentimiz həmişəlik seçilib” - VİDEO

20, 10, 22
14:00

“Məzahir Pənahova deyin kağız-kuğuzu korlamasın, bizim Prezidentimiz həmişəlik seçilib” - VİDEO


Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevlə birinci xanım Mehriban Əliyeva Zəngilan rayonunun Ağalı kəndində sakinlərlə görüşüblər.  

“Azərbaycan Reallığı” xəbər verir ki, kənd sakinlərindən birinin Prezidentlə maraqlı dialoqu olub: 

Kişi sakin: Mən şəhidlərin, qazilərin, şəhid analarının, atalarının qarşısında baş əyirəm. Onlara minnətdarıq. Bir də bir söz deyim gülməyin mənə, seçki komissiyasının sədri Məzahir Pənahova deyin kağız-kuğuzu korlamasın, bizim Prezidentimiz həmişəlik seçilib.


Prezident İlham Əliyev: Onu özünüz deyərsiniz ona.

Kişi sakin: Tapmıram axı, onu.

Prezident İlham Əliyev: Çox sağ ol.
[media=https://youtu.be/8dNFcxt2HPA]


AZƏRBAYCANREALLIĞI.COM   

Bizimlə əlaqə saxlayın