Salyan rayon sakini Sevda Əliyevanın şikayəti araşdırılmışdır - İtthamlar tamamilə böhtandır!

Manşet / Region
 13-10-2022, 09:30     419


Ötən gün sosial şəbəkələrdə Əliyeva Sevda adlı vətəndaş Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmovun verdiyi sözü tutmadığını iddia edərək sosial durumunun ağır olması ilə bağlı icra başçısının və digər rayon rəhbərlərinin ünvanına qərəzli ittihamlar səsləndirmişdir. "

Azərbaycan Reallığı" araşdırması zamanı məlum oldu ki, sözü gedən vətəndaş Sevda Əliyevaya Aşağı Noxudlu bələdiyyəsindən 0,02 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Vətəndaş S.Əliyeva Aşağı Kürkəndi kəndində qeydiyyatda olduğu üçün, ona ayrılmış torpaq sahəsi qanunvericiliyə əsasən hərrac və müsabiqə qaydasında veriləcəkdir. Vətəndaşın müraciəti nəzarətə götürülmüş və torpağın sənədləşmə işlərinə başlanılmışdır.

Həmçinin, müraciəti əsasında rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov digər rəhbər şəxslərlə birlikdə S.Əliyevanın evində olmuş, problemlərini dinləmiş, müvafiq göstərişi əsasında qısa müddət ərzində vətəndaşın evinə gedən yararsız elektrik xətləri yenilənmiş və yığılmış borcunun ödənilməsinə müvafiq köməklik göstərilmişdir.

Bundan əlavə vətəndaşın Bakı şəhərində bacısının yanında yaşamasına baxmayaraq, 6 ay kirayə pulunun öncədən ödənilməsinə köməklik göstərilmiş, davamlı olaraq ərzaq yardımları edilmişdir. Vətəndaş S.Əliyeva həyat yoldaşından ayrılmışdır. Oğlu Əliyev Ülvi II Qarabağ müharibəsinin iştirakçısı olmuş, atası Əliyev Azər ilə birgə Aşağı Kürkəndi kəndində yaşayır.

Rayonda bütün Qarabağ veteranlarına necə diqqət göstərilibsə, sözü gedən xanımın da övladına diqqət göstərilmiş, müraciəti əsasında ona digər müharibə iştirakçıları kimi rayon İcra Hakimiyyəti tərəfindən əkin məqsədilə 1 ha torpaq sahəsi ayrılmışdır. Bütün bu olunan köməkliklərə baxmayaraq vətəndaş Sevda Əliyevanın sosial şəbəkədə və bəzi media resuslarında səsləndirdiyi itthamlar tamamilə qərəzdən başda bir şey deyil.

Ümumiyyətlə, son zamanlar bəzi antimilli qüvvələr ölkənin rəhbər şəxslərini qaralama konpaniyası apardığı kimi Salyan Rayon İcra Hakimiyyətinin başçısını da hədəf seçiblər, buna baxmayaq Sevindik Hətəmovun qapısı hər zaman salyanlıların üzünə açıdır.

Salyan sakinləri istədikləri zaman onun qəbulunda ola bilirlər, yaranmış problemlər aidiyyəti üzrə tapşırıq verilərək dərhal aradan qaldırılır. Salyan Rayon İcra Hakimiyyəti başçısının tez-tez şəhid və qazi ailələrinin yanında olması, onların problemi, qayğısı ilə yaxından maraqlanması, işsizliyin maksimum aradan qaldırılması, rayonun günü-gündən abadlaşdırılması və digər sadalamaq istəmədiymiz problemlərin aradan qaldırılması buna əyani sübutdur.

 AZƏRBAYCANREALLIĞI.COM