"Artıq çəkidən xilas olmaq istəyənlər həftədə 5 dəfə yumurta yeməlidir..." - İSPAN TƏDQİQATI

02, 10, 22
14:00

"Artıq çəkidən xilas olmaq istəyənlər həftədə 5 dəfə yumurta yeməlidir..." - İSPAN TƏDQİQATI


"Yumurtanın faydası tərkibində olan zülalla bağlıdır..." 

"Qayğanaq, paşot, "qlazunya", yoxsa qaynadılmış yumurta?.." 

Yeni ispan tədqiqatı göstərib ki, həftədə 5 dəfə yumurta yemək bədənin daha qamətli olması və bədən kütləsi indeksinin (BKİ) daha aşağı olmasına gətirib çıxara bilər.
 
Bizim yumurtanı necə bişirməyimizin əhəmiyyəti varmı?
 
"Azərbaycan Reallığı" xəbər verir ki, bu barədə "Detaly" nəşri yazıb. 

Çoxlarımız yumurtanı səhərlər yenməyi xoşlayır. Bu zaman kimsə qayğanaq, birisi paşot (qabıqsız bişirilən), üçüncüsü qızardılmış yumurta ("qlazunya"), bir başqası qaynadılmış yumurta seçəcək.
 
Lakin bu hazırlanma üsullarının hamısı arıqlamağa kömək edirmi?
 
Alimlərin sözlərinə görə, yumurtanın hansı formada yeməyin fərqi yoxdur, artıq çəkidən xilas olmaq üçün həftədə 5 dəfə qida rasionunda yumurtanın olması daha vacibdir.
 
İspan alimləri əmindir ki, yumurtadan çox istifadə edilməsi "daha sağlam bədən tərkibinə gətirib çıxara bilər".
 
"Clinical Nutrition" jurnalında dərc edilən tədqiqatın gedişində alimlər 355 universitet tələbəsinin bədən tərkibinin müqayisəsini apararaq, bu parametrə yumurtadan istifadənin potensial təsirini öyrənib. 
 
İştirakçıların yaşı 18-30 arası olub. Onların boyu və çəkisi əvvəlcədən BKİ-nin dəyərləndirmək üçün qeydə alınıb, həmçinin bel dairəsi ölçülüb.
 
Daha sonra iştirakşılar yumurta yeməsinə görə qruplara bölünüb: həftədə bir dəfədən az, 1-4 dəfə və 5-dən az olmayaraq.
 
Nəticəfə müəyyən edilib ki, həftəfə 5 dəfədən az olmayaraq yumurta yeyənlərin BKİ və piyin faiz göstəricisi digər iki qrupa nisbətən daha aşağı olub. Məsələn, BKİ 22, 5 (digər qruplarda 23, 5) olub.
 
Bundan başqa, ən az yumurta yeyənlərin bel dairəsi 5-dən bir az aşağı olub, hər gün yumurta yeyənlərdə 0, 45 olub. Bu halda bal nə qədər aşağı olarsa, sağlamlıq və bədən qaməti üçün daha yaxşıdır.
 
Yumurtanın faydası onun tərkibində olan zülalla (bir böyük yumurtada 6 qram) bağlıdır.
 
Tədqiqatın aparıcı müəllifi, doktor Miriam Qarrido-Migel iddia edir ki, sağlam adamlara həftədə 5 dəfədən çox yumurta yemək tövsiyə edilir.
 
"Yumurtadan istifadə ilə bədən tərkibi arasında qarşıllqlı əlaqə zülalın istifadəsi ilə bağlıdır. Bu kəşf ictimai səhiyyə nöqteyi-nəzərdən vacibdir, çünki yumurtadan çox istifadə etmək zülalın daha çox istifadəsi səbəbindən daha sağlam bədən tərkibinə gətirib çıxara bilər".

AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın