Atası restoran danışıb qayıdanda şəhid xəbərini aldı, nişanlısının ayaqları tutuldu - FOTOLAR

18, 09, 22
14:00

Atası restoran danışıb qayıdanda şəhid xəbərini aldı, nişanlısının ayaqları tutuldu - FOTOLAR


Bu gün daha iki şəhidimizin adı açıqlanıb. Onlardan biri Nəcəfzadə Hüseyn Abbasqulu oğludur.

"Azərbaycan Reallığı" xəbər verir ki, həmin şəhid nişanlı olub. Kəlbəcərdə şəhid olan leytenant Hüseyn Nəcəfzadənin oktyabrın 11-də toyu olacaqdı, amma olmadı.

O, nişanlı idi, hətta nikahı da olmuşdu. Atası toy üçün şadlıq sarayı danışıb qayıdanda oğlunun şəhid xəbərini eşidib. Nişanlısı isə bu xəbəri alanda ayaqları tutulub.

O, bu gün doğulduğu Saray qəsəbəsində dəfn ediləcək. 




AZƏRBAYCANREALLIĞI.COM 

Bizimlə əlaqə saxlayın