SON DƏQİQƏ: Kəlbəcər və Laçında yenidən silahlar işə düşdü

14, 09, 22
10:00

SON DƏQİQƏ: Kəlbəcər və Laçında yenidən silahlar işə düşdü


Ermənistan silahlı qüvvələri atəşkəs barədə əldə olunmuş razılaşmanı yenə də pozaraq sentyabrın 13-dən 14-nə keçən gecə və bu gün səhər saatlarında Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən bölmələrimizi müxtəlif çaplı minaatan və artilleriya qurğularından atəşə tutub. 

Müdafiə Nazirliyindən daxil olan xəbərə görə, bu istiqamətdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülür.

Hazırda mövqelərimiz fasilələrlə atəşə tutulur. Bölmələrimiz tərəfindən zəruri cavab tədbirləri görülür.

AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə saxlayın