Əvəz Zeynallı ilə bağlı apellyasiya şikayəti verilib

12, 09, 22
15:00

Əvəz Zeynallı ilə bağlı apellyasiya şikayəti verilib


Əvəz Zeynallının alternativ olaraq ev dustaqlığı qətimkan tədbirinin seçilməsi məhkəmədən xahiş edilib…

“Əvəz Zeynallının həbs edilməsinə dair Binəqədi rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti özəl poçt xidmətinə təqdim edilib”.

"Azərbaycan Reallığı" xəbər verir ki, bunu Əvəz Zeynallının vəkili Aqil Layıc sosial şəbəkə hesabında yazıb.

“Sabah Binəqədi rayon Məhkəməsində olacaq. Bakı Apellyasiya Məhkəməsindən qərarın ləğv edilməsi və onun barəsində qətimkan tədbirinin ləğv edilməsi və ya alternativ olaraq ev dustaqlığı qətimkan tədbirinin seçilməsi məhkəmədən xahiş edilib”, – A.Layıc qeyd edib.

AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə saxlayın