"Azercell"in BLUTV FIRILDAĞI

08, 09, 22
14:00

"Azercell"in BLUTV FIRILDAĞI


Əslində "Azercell" tərəfindən təqdim olunan və Türkiyənin ən məşhur film və seriallarının yer aldığı bu tətbiqlə bağlı şikayətlərə buna qədər də rast gəlinirdi. "Azərbaycan Reallığı" bildirir ki, burada söhbət "BLUTV" tətbiqindən gedir. 

"Deməli, 04.09 tarixində "Azercell"dən "blutv" abunəliyi aldım və gündəlik, bir bölüm izlədim..." "Azərbaycan Reallığı" bildirir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Təbriz Xan adlı istifadəçi giley edi.

Narazı vətəndaş daha sonra yazır:

"2-ci bölümdə BLUTV abune olmağımı istədi yenidən. Daha sonra qaynar xətt ilə əlaqə saxladım və abonəliyi ləğv edib yenidən paket almağımı söylədilər bu məsələ də araşdırılacaqmış. Daha sonra həmin gün axşam həftəlik paket aldım. Bu dəfə də verdikləri link ilə yönləndirildim sayta birbaşa giriş hissəsi gəldi yəni nə qeydiyyat nə email falan tələb olunmadı.

Bir başa sign in bölməsinə yönləndirildim. Heç bir e-mail və parol yazmadığım üçün də hansı email və paroldan istifadə edəcəyimi təbii ki bilmirdim. Çünki qeydiyyat səhifəsi deyildə bir başa log in səhifəsi gəlmişdi. Nə isə bu dəfə də istifadə edə bilmədim. Operatorla danışdım, email atdım, kabinetim də izah etməyə çalışdım lakin necə deyərlər tınlayan olmadı. 1 həftəlik abonəlik məsələsini araşdırmaq üçün 5 iş günü tələb edir hörmətli olmayan @Azercell. Təsəvvür edirsiniz 1 həftəlik abonəliyi araşdırma üçün 5 iş günü yəni hardan baxsan 1 həftə..."

Məsələ ilə bağlı olaraq qarşı tərəfi də dinləməyə hazırıq


AZƏRBAYCANREALLIĞI.COM 

Bizimlə əlaqə saxlayın