Mehman Hüseynovun anasının vəziyyəti ağırdır, komadadır.

24, 07, 18
19:19

Mehman Hüseynovun anasının vəziyyəti ağırdır, komadadır.

Həbsdə olan tanınmış bloger Mehman Hüseynovun anası Firəngiz Hüseynova səhhətində yaranmış ürək problemi ilə bağlı bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilərək əməliyyat olunub. Daha sonra reanimasiya şöbəsinə yerləşdirilib. Azerbaycanrealligi.com xəbər verir ki, bu gün sosial şəbəkədə Mehman Hüseynovun anası ilə bağlı daha həyacanlı xəbər yayılıb. Onun hal-hazırda komada olduğu deyilir. Oğlu Mehman Hüseynovun onunla görüşməsi məsələsinə biganə yanaşılması bildirilir.

Vəkil Fuad Ağayev bildirir ki, Mehman Hüseynovun qısamüddətli azadlığa buraxılması üçün cəzaçəkmə müəssisəsinin rəhbərliyinə və Penitensiar Xidmətə müraciət edilib. Vəkilin sözlərinə görə, “qısa müddət” deyəndə bir həftə nəzərdə tutulur. Müraciət Mehman Hüseynov və onun digər vəkili Şəhla Hümbətova tərəfindən imzalanıb və rəsmi qurumlara təqdim olunub.

Qeyd edək ki, Mehman Hüseynov 2017-ci il martın 3-də Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 2 il azadlıqdan məhrum edilib. Bloger Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin şikayəti əsasında həbs edilib. Hal-hazırda, 14 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir

Bu işin həllinin doğruluğunun müəyyən edilməsinə baxılması artıq Avropa Məhkəməsi icraatındadır. Bir neçə nufuzlu beynəlxalq təşkilatlar blogerin həbsini əsassız hesab edir, bu həbsin səbəbini Mehman Hüseynovun blogerlik fəaliyyətinə  bağlı olduğu ilə əsaslandırırlar.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın