Prezidentin əmisi oğlunun 1 milyonluq torpağı 40 minə ələ keçirilib - QALMAQAL

30, 08, 22
15:00

Prezidentin əmisi oğlunun 1 milyonluq torpağı 40 minə ələ keçirilib - QALMAQAL


Prezidentin əmisi oğlu İlqar Əliyevin 1 milyondan artıq dəyəri olan torpağı 40 min manata sənədləşdirilib. İlqar Əliyev bu əməli törədən keçmiş şəriki İlham Məmmədovdan hüquq-mühafizə orqanlarına şikayət edib. Sənədləşmə işində İlqar Əliyevin imzasının saxtalaşdırılması ehtimal olunur.

"Azərbaycan Reallığı"
xəbər verir ki, İlqar Əliyev hüquq-mühafizə orqanlarına müraciətində qeyd edib ki, barəsində şikayət etdiyi Məmmədov İlham Almas oğlu ilə uzun illərdir iş ortağı kimi işgüzar və şəxsi münasibətləri olub. Amma sonradan onun qanunsuz əməllərinin qurbanı olub.

İlqar Əliyev daxili işlər nazirinə müraciətində yazır: “2022-ci ildə ortaq olduğumuz işlərdə İlham Məmmədovun pulları mənimsədiyi və digər ortağımız Şahbaz Şahbazova qarşı çoxsaylı cinayətlər törətməsi barədə həqiqətlər üzə çıxdı. Bundan sonra tərəfimdən ona həm öz adımdan, həm də təsisçisi olduğum və idarəçiliyini həyata keçirdiyim şirkətlərin idarəetməsində istifadə edilməsi üçün verilmiş etibarnamələri ləğv etdim. Bu zaman məlum oldu ki, İlham Məmmədov və yalan vədlər verərək aldatdığı oğlum Riyad Əliyev cinayət əməlləri törədiblər.
ba3bd8a23696be2a1be2a202c7fc6419.jpg (64 KB)
Belə ki, birgə əldə etdiyimiz və təsisçi olduğumuz “Azərrabitəİnşaat” ASC-nin təsisçisi olan MMC-lərin xərcləri guya mən və İlham Məmmədov tərəfindən çəkilməlidir. Mənim payıma düşən xərclərin ödənilməsini təmin etmək üçün Bakı şəhəri Nərimanov rayonu Ceyhun Hacıbəyli küçəsində yerləşən torpaq sahəsinin qiymətini qəsdən və qanunsuz şəkildə az göstəriblər. İlham Məmmədovun özü və Riyad Əliyevin adına rəsmiləşdirilməsi üçün həmin torpaq sahəsini 40000 manata satılmasını sənədləşdirərək ələ keçiriblər. Həmin torpaq sahəsinin təxmini bazar qiyməti 1 milyon manatdan artıqdır. İlham Məmmədov və Riyad Əliyev həmin torpaq sahəsini mənimsəmək üçün bu cür saxtakarlıq edərək ASC-nin təsisçisi kimi mənə məxsus əmlakı mənimsəyərək cinayət törədiblər”.

İlqar Əliyev tələb edir ki, həmin əmlakın ələ keçirilməsi prosesində iştirak edən digər şəxslər də məsuliyyətə cəlb olunsun.

Məlum olur ki, qeyd edilən torpaq sahəsinin “Azərrabitəİnşaat” ASC-nin yaranmış borcları qarşılığında qiymətləndirilməsi üçün ASC-də iclas keçirilib. Protokolda əvvəlcə qeyd edilir ki, iclasda İlqar Əliyevin nümayəndəsi iştirak edir. Amma protokolun sonunda İlqar Əliyevin özünün də iclasda iştirak etdiyi qeyd edilir.

Qeyd edək ki, bu mövzu ilə bağlı, məhkəmə çəkişmələri barədə Musavat.com saytında yazılar dərc edilib.

Həmin yazılarla aşağıdakı linklərdən tanış ola bilərsiniz:

https://musavat.com/news/sumqayit-masin-bazarinda-zorla-seyfi-acdiran-idmancilar-kimin-adamidir-ilqar-eliyevden-nazire-muraciet_915828.html

https://musavat.com/news/prezidentin-emisi-oglunun-emlaklarini-ele-kecirmek-isteyenler-kimlerdir-sok-mehkeme-isi_911433.html


AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə saxlayın