Vasif Talıbov Naxçıvan Diaqnostika Mərkəzinə ƏL QOYDU - ÖZBAŞINALIQ!

26, 08, 22
15:00

Vasif Talıbov Naxçıvan Diaqnostika Mərkəzinə ƏL QOYDU - ÖZBAŞINALIQ!


Naxçıvan Diaqnostika Mərkəzinin ucuz qiymətə Nəqşicahan Med MMC-yə satıldığı bildirilir. 

"Azərbaycan Reallığı" xəbər verir ki, bu haqda "Gündəlik Naxçıvan"a mərkəzdə çalışan əməkdaşlar məlumat verib. Onların sözlərinə görə, artıq bir neçə gündür ki, gizli şəkildə aparılan təhvil-təslim işləri başa çatıb. 

Təhlükəsizliyi baxımından adının çəkilməsini istəməyən əməkdaşlardan birinin dediyinə görə, on milyonlarla dəyəri olan mərkəz, Nəqşicahan Med-ə cəmi yüz min manata satılıb: 

"Hər kəsə qəti tapşırılıb ki, əldəyişmə haqda heç yerdə danışılmasın. Bunlar gələndən qaydalar sərtləşdirilib, işçilərdən ciddi rejim tələb olunur. Deyilənə görə, bura Vasif Talıbovun qızı nəzarət edəcək. Təxminən bir aydır ki, təhvil-təslim işləri gedirdi. Deyirdilər ki, hansısa hüquqi prosedur mane olur, onu yoluna qoymaq istəyirlər. Bir neçə gündür ki, deyirlər həll bu da olunub".

Avqustun 15-də Naxçıvan MR Nazirlər Kabinetinin qərarı ilə “Naxçıvan Diaqnostika Müalicə Mərkəzi” publik hüquqi şəxsin yeni Nizamnaməsi və strukturu təsdiq edilib. Bu qərarın məhz mərkəzin Nəqşicahan Med-ə ötürülməsi üçün hüquqi əsas yaradılması üçün qəbul olunduğu bildirilir.

Naxçıvan Diaqnostika Mərkəzi 2007-ci ildə dövlət büdcəsi hesabına tikilib. Müasir avadanlıqlarla təchiz olunmuş mərkəzin neçəyə başa gəlməsi ilə bağlı rəsmi məlumatlara rast gəlinməsi də, onun dəyəri on milyonlarla manat hesablanır. Sonradan, 2018-ci ildə Naxçıvan Ali Məclis sədri Vasif Talıbovun sərəncamı ilə mərkəz, publik hüquqi şəxs statusu alıb.

Mərkəzin son vaxtlar satışa çıxarılması ilə bağlı da heç bir rəsmi məlumata rast gəlinmir.


AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın