Prezident daha üç ölkəyə səfir təyin etdi

20, 08, 22
15:00

Prezident daha üç ölkəyə səfir təyin etdi


Prezident İlham Əliyev daha üç ölkəyə yeni səfir təyin edib.

“Azərbaycan Reallığı” xəbər verir ki, bununla bağlı dövlət başçısı müvafiq sərəncamlar verib. Sərəncama əsasən, Elxan Cahangir oğlu Qəhrəman Azərbaycan Respublikasının Küveyt Dövlətində fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Onun yerinə Emil Zülfüqar oğlu Kərimov Azərbaycanın Küveyt Dövlətində fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Bundan başqa, Yaşar Teymur oğlu Əliyev Azərbaycanın Kuba Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Ruslan Novruz oğlu Rzayev Azərbaycanın Kuba Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edillib.

Digər bir sərəncamla Nəsimi Məhəmmədəli oğlu Ağayev Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə saxlayın