Polisdən ƏMƏLİYYAT: 63 nəfər SAXLANILDI

20, 08, 22
13:30

Polisdən ƏMƏLİYYAT: 63 nəfər SAXLANILDI


Daxili İşlər Nazirliyi (DİN) avqustun 19-da qeydə alınmış hadisələrlə bağlı statistik rəqəmləri açıqlayıb.

"Azərbaycan Reallığı" xəbər verir ki, DİN-in mətbuat xidmətinin məlumatına görə, ötən gün axtarışda olan ümumilikdə 63, o cümlədən borclu şəxs qismində axtarışda olan 39 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb.

Narkotiklərlə əlaqəli 18, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb.

AZƏRBAYCANREALLIĞI.COM    

Bizimlə əlaqə saxlayın