SON DƏQİQƏ: Broker Əbülfəz Məlikov QANDALLANDI - Dövlət büdcəsini talamağda ittiham olnur (YENİLƏNİB)

07, 08, 22
15:41

SON DƏQİQƏ: Broker Əbülfəz Məlikov QANDALLANDI - Dövlət büdcəsini talamağda ittiham olnur (YENİLƏNİB)


"Azərbaycan Reallığı" xəbər verir ki, Gundelik-baku.com-a daxil olan məlumata görə, tanınmış broker Əbülfəz Məlikov saxlanılıb və onun barəsində həbs qətimkan tədbiri seçilib. Əbülfəz Məlikovun iş birlikçisi və şəriki Əliyar adlı şəxsin də həbs olunacağı gözlənilir.

Xatırladaq ki, Əbülfəz Məlikov uzun müddət “Broker” MMC-yə rəhbərlik edib.

"Azərbaycan Reallığı" etibarlı mənbədən əldə etdiyi digər məlumata görə, 06 avqust 2022-ci ildə Səbail rayon məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətinda aparılan cinayət işi üzrə müstəntiqin vəsatətinə baxılıb.

Məhkəmə Əbülfəz Məlikovun barəsində həbs qətimkan tədbiri seçib.

Əbülfəz Məlikov illər ərzində müxtəlif adamların adına yaratdığı saxta şirkətlər vasitəsi ilə apardığı maliyyə əməliyyatları ilə dövlət büdcəsinə milyonlarla manat vergi və gömrük ödəmələrindən yayınmaqda və vəzifə saxtakarlıqlarında ittiham olunur.

Qeyd edək ki, Əbülfəz Məlikov Dövlət Gömrük Komitəsinin yüksək vəzifəli şəxsləri barəsində davam edən cinayət işi çərçivəsində saxlanılıb.

Əbülfəz Məlikovun “gömrük monopoliyaları”, Broker şəbəkə maxenasiyaları, saxta nağdlaşdırma şirkətləri barədə mətbuatda illərdir yazılar yayımlanırdı.

AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın