DƏHŞƏTLİ MƏNZƏRƏ: Fətullah Gülənin adamı Bakının mərkəzini zəbt edib - VİDEO

15, 07, 22
10:00

DƏHŞƏTLİ MƏNZƏRƏ: Fətullah Gülənin adamı Bakının mərkəzini zəbt edib - VİDEO


Bakının Nəsimi rayonu Əbdülvahab Salmzadə küçəsi 31 unvanında 8 Noyabr metrostansiyası və Papalin körpüsünün yaxınlığında iş adamı "KSML" MMC-nin rəhbəri Məhərrəm Süleymanov və HOME (HOM) Baku MTK tikinti şirkəti arasında ciddi problem yaşanır. "KSML" MMC-nin nümayəndəsi Mübariz Məsimoğlu "Azərbaycan Reallığı"na bildirir ki, sözü gedən tikinti şirkəti onun nüməyəndəsi olduğu şirkətə ziyan vururb.

Belə ki, 2020-ci ildə guya Bakı Şəhər İcra hakimiyyəti onun müdafiə etdiyi şirkətin 5 metr yaxınlığında olan ərazini tikinti şirkətinə 49 illik müqavilə ilə verib, amma hansı əsasla, nə əsasla icarəyə veriblər hələ ki, bunu aydınlaşdıra bilməmişik, hara muraciət etsək də, icarə müqaviləsini əldə edə bilməmişik, ərazidə qarmaqarışıq və qanunsuz işlər aparılır, bu işlərin başında da Türkiyə vətəndaşı olan Fətullah Güllənə yaxınlığı ilə tanınan Əhməd Çətin dayanır.

Əhməd Çətin 1991-ci ildə 22 yaşı olarkən Türkiyədə "Aral qrup" adlı şirkət yaradıb, sözü gedən qrup FETONUN rəhbərliyi ilə yaradılıb, 1995-ci ildə Azərbaycana gəlib, eyni zamanda Özbəkistanda, Qazaxıstanda, Qırğızıstanda bu cür qanunsuz hündürmərtəbəli binalar tikməklə məşğuldur. Özü bir qəpik pul qoymadan müəyyən əlaqələri vasitəsi ilə imkanlı şəxslərin pullarını sağa-sola səpələyərək belə bir qeyri-qanuni biznes inperiyası yaradıb. 

Mübariz Məsimoğlu daha sonra bildirir ki, işlər pandemiya dövründə aparılıb, halbuki pandemiya dövründə heç yer işləmirdi, amma bunlar gecə-gündüz iş aparırdılar, daha sonra sözü gedən binanın ərazisində 9 metrlik dərinliyində yer qazılaraq istfadəyə veriləcək, qazıntı zamanı nümayəndəsi olduğum şirkət çökə bilər, ara məsafəsi heç 5 metr də deyil, üstəlik Papalin Körpüsünə yaxındır, maqistral yola yaxındır körpü və yola da ciddi ziyan dəyəcək. Mübariz Məsimoğlu bildirib. 

Sonda Mübariz Məsimoğlu Güc Suturukturlarına, başda ölkənin baş Prokuroru cənab Kamran Əliyevə müraciət edərək məsələni nəzarətə götürməyi xahış edib. O, bildirir ki, bu xoşagəlməz halın qarşısı tez bir zamanda alınmasa, gələcəkdə çox ciddi fəsadları olacaq. 

Daha ətraflı videoreportajda


"Azərbaycan Reallığı" qarşı tərəfin mövqeyin tanıyır

AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə saxlayın