Mehriban xanım Əliyeva Qurban bayramı münasibətilə paylaşım edib

09, 07, 22
21:00

Mehriban xanım Əliyeva Qurban bayramı münasibətilə paylaşım edib


Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi sosial şəbəkə hesablarında Qurban bayramı münasibətilə paylaşım edib.

"Azərbaycan Reallığı" xəbər verir ki, paylaşımda deyilir:

"Bütün Azərbaycan xalqını və dünya müsəlmanlarını müqəddəs Qurban bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Hamıya möhkəm cansağlığı, xoş duyğular və uzun ömür arzulayıram! Qoy hər kəsin həyatında nurlu, xoşbəxt günlərin sayı çox olsun! Allah bu mübarək bayram günlərində kəsilən bütün qurbanları qəbul etsin!"


AZƏRBAYCANREALLIĞI.COM   

Bizimlə əlaqə saxlayın