Kanal 13-ün rəhbəri təhdid edildi - Mənə də xəbərdarlıq eləyib dedi ki, hər şey qurban uşağa!

09, 07, 22
10:00

Kanal 13-ün rəhbəri təhdid edildi - Mənə də xəbərdarlıq eləyib dedi ki, hər şey qurban uşağa!


Səbail rayonu metronun "Sahil” stansiyasının yaxınlığındakı parkda "Kanal 13” internet televiziyasının rəhbəri Əziz Orucova qarşı baş verib. 

"Azərbaycan Reallığı" xəbər verir ki, Əziz Orucovun bildirdiyinə görə, iyulun 7-də axşam saat 19.30 radələrində ailəsilə birlikdə Sahil parkında gəzərkən 30-35 yaşlı bir nəfər yaxınlaşıb: "Əvvəlcə uşağı öpürmüş kimi davrandı, daha sonra mənə tərəf döndü. Sanki bu adamı əvvəl haradasa dəfələrlə görmüşəm, amma xatırlaya bilmədim. Mənə baxıb, onu tanıyıb-tanımadığımı soruşdu. Dedim ki, tanımadım, amma tanış gəlir. Qayıtdı ki, "mən isə səni yaxşı tanıyıram”. Soruşdum ki, kimsən?

Dedi ki, "bu uşaq olmasaydı, bilərdin, hər şey qurban uşağa”. Ona dedim ki, Allah sənin də balalarını qorusun. Cavabında dedi ki, "mən Allah-zad tanımıram”. Ardınca da Allahı təhqir elədi, mənə də xəbərdarlıq eləyib dedi ki, "bir də belə eləsən, bilirsən nə olacaq”. Bunu deyib, çıxıb getdi. Bu adamın sifəti çox tanış gəldi. Onu ancaq küçədə, yolda gördüyümü düşünürəm”. 

Əziz Orucov vurğulayıb ki, kimsə ilə şəxsi zəmində problemi yoxdur. O əmindir ki, həmin şəxsi onun yanına göndərən var və məqsəd də təhdid eləməkdir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Əziz Orucovun şikayəti üzrə artıq araşdırma başlanıb. 


AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın