Goranboyun icra başçısı və Atası seperatçı Əlikram Hümbətova xidmət edib - ŞOK İTTİHAM

06, 07, 22
14:00

Goranboyun icra başçısı və Atası seperatçı Əlikram Hümbətova xidmət edib - ŞOK İTTİHAM


Adı bir çox qalmaqallı məsələlərdə keçən Goranboy rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev demə ki, düşündüyümüzdən də təhlükəli adam imiş. Demə ki, icra başçı Məhərrəm Quliyevin keçmişi bulaşıq olub. Maraqlı orasıdır ki, necə olub ki, belə bir adama etimad göstərilib, onu icra başçısı təyin ediblər. Məsələnin ilginc tərəfi də məhz elə budur. Yeri düşmüıkən onu da qeyd edək ki, bu günkü toxunduğumuz məlumatlar əvvəllərdə mediada yer alıb. Lakin buna baxmayaraq dövlət qurumları bu məsələnin ciddiyə almayıb üzərindən sükütla keçibər.

Bu səbəbdən də olaraq icra başçısı barədə media üzərində apardığımız araşdırmalardan əldə etdiyimiz inanılmaz faktları sizinlə bölüşürük.

Deməli, apardığımız araşdırmalar zamanı ortaya çıxan ilginc məlumatlar ondan ibarətdir ki, sən demə, Məhərrəm Quliyev gənc vaxtlarında və müəyyən təxribatçı qüvvələrin qanadı altına sığınaraq ölkədə gedən hərci-mərciliyə dəstək verib. Yeri gəlmişkən qeyd edək ki, həmin məlumatlar indiyə qədər qarşı tərəfdən təkzib olunmayıb. 1988-1993-cü illərdəki proseslərdə Məhərrəm Quliyev Əlikram Hümbətovun özünü prezident elan etdiyi qondarma “Talış Muğan Respublikası”nın müəyyən təbliğatçılarından biri olubmuş.

Həmin vaxtlar M. Quliyev öz enerjisini bütün gənclər arasında Əlikram Hümbətovun “müdrik ideyaları”nı aktiv şəkildə təbliğ etməyə sərf edib. Hər kəsə bəllidir ki, həmin vaxtlarda aparılan təbliğatın, qarşıya qoyulan məqsədin əsas qayəsi, məhz ölkəmizin cənub bölgəsini parçalamaq, müəyyən məkrli siyasi qüvvələrin düzüb –qoşduqları plan əsasında “Talış Muğan Respublikası” yaratmaq marağı idi. Hətta onun Lənkəranda gənclər arasında Əlikram Hümbətovun “ideyaları”nı aktiv şəkildə yayanlardan biri olduğu da deyilir.”

icra başçısının avtobioqrafiyasını tutuşdurduqda bunun mümkün ola biləcəyi ehtimalı yaranır. Məsələn, 1968-ci il təvəllüdlü Məhərrəm Quliyev Azərbaycan Kənd Təsərrüfatı Akademiyasını bitirib. Sonra Lənkərandakı “Avrora” sovxozunda aqronom kimi çalışıb. Və bu proses də 1988-1993-cü illəri əhatə edib. Elə bioqrafiyada “qırılma nöqtəsi” də oradadır. Çünki Məhərrəm Quliyevin hərbi xidmətdə olmasına dair heç bir məlumat yoxdur. Üstəlik, onun müharibə dövründə harada olduğu da məlum deyil.

Digər bir iddiaya görə, Ermənilər Azərbaycanda talış və ləzgilər arasında satqınları taparaq, onlara maliyyə dəstəyi ayıran zaman Əlikram Hümbətov Cənub bölgəsindən olan bütün nüfuzlu insanları və ağsaqqaları bir araya gətirmişdi. Bunların arasında böyük nüfuza malik olan Göranboyun bu günki icra başçısı Məhərrəm Quliyevin atası Böyükağa kişi də olub. Bilgilərə görə Böyükağa Quliyev seperatçı Əlikram Hümbətovun ən yaxın adamlarından biri olub. Bununla bağlı mediadan əldə olunan məlumatlarda vurğulanır ki, həmin vaxtlar Böyükağa Quliyev olduqca imkanlı şəxs olub və o, özünə məxsus olan maliyyə vəsaitlərinin müəyyən hissəsini, məhz yaradılması nəzərdə tutulan “Talış Muğan Respublikası” nın elan olunması yolunda xərcləyib.

İşin ən ilginc tərəfi də isə odur ki, Məhərrəm Quliyev bir müddət sonra Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Lənkəran rayon şöbəsində mütəxəssis və müdir işləyib. Ardından 2003-cü ildən isə Lənkəran Şəhər İcra hakimiyyəti başçısının müavini, 13.03.2006-cı ildən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi vəzifələrində çalışıb. Maraqlıdır ki, əgər Məhərrəm Quliyevin Əlikram Hümbətovun adamı olduğu təsdiqlənərsə, bu təkcə onun aqibətini deyil, həm də onu bu qədər irəli çəkmiş və zamin dayanmış şəxslərin də ciddi probleminə çevriləcək. Əlimizdə konkret faktlar olmadığına görə, Məhərrəm Quliyevin bir vaxtlar Əlikram Hümbətovun siyasi təbliğatçısı olub-olmadığını dəqiq deyə bilmərik. Hər halda icra hakiminin həmin dövrdəki fəaliyyəti araşdırılsa, pis olmazdı. (RealMedia.az)

AZƏRBAYCANREALLIĞI.COM 

Bizimlə əlaqə saxlayın