Gənc yazardan polislərə təbrik - AZERBAYCAN POLİSİ!

02, 07, 22
12:34

Gənc yazardan polislərə təbrik - AZERBAYCAN POLİSİ!


Bu gün hər zaman ədalətin keşiyində şərəflə dayanan Polislərin bayramıdır.

Başda cənab nazirimiz General-Polkovnik Vilayət Eyvazov olmaqla,bütün DİN şəxsi heyətini Polisin peşə bayramının 104  illik münasibəti ilə təbrik edirəm!Şəxsi keyfiyyətləri ilə nümunə ola bilən,vəzifə öhdəliklərinin eləcədə verilən tapşırıqların öhdəsindən layiqincə gələn və bunun məsuliyyətini daşıyan polis qardaş və bacılar,bayramınız mübarək!Hər birinizə karyeranızda yüksəlişlər və uğurlar arzu edirəm!

Bu Şer də məndən sizə təbrik ərmağanı olsun.

Azərbaycan polisinə ən xoş arzularla 


Sənin adın gələndə,
Bu Vətən çiçəklənir.
Sənə olub arxayın,
Xalq,millət ürəklənir.

Öhdəsindən gəlirsən,
Ən  çətin,ağır işin.
Keşikçisi olmusan,
Hər zaman asayişin.

Vətən müharibəsində,
Sən də şir kimi coşdun.
Mənfur,qəddar düşmənlə,
Gecə-gündüz vuruşdun.

Sənin  ,,Polis" adında,
Doğruluq,ədalət var.
Heç zaman yenilməyən,
Hünər var,cəsarət var.

Keşiyində bu xalqın,
Dayan,hər an mətinlə.
Hər zaman şöhrət qazan,
Sən öz rəşadətinlə.

Sən bir zəfər müjdəli,
Xalqın,elin xoş səsi.
Minnətdarıq biz,sənə-
Azərbaycan polisi !

AZERBAYCAN POLİSİ 🇦🇿 

Dövlətimə  dayaqsan,
Hər  bir  zaman  oyaqsan.
Zirvələrdə  adın  var,
Ürəklərdə  odun  var,
AZƏRBAYCAN  POLİSİ!

Vətən  eşqiylə  yandın,
Pozulmaz  vətən  andın.
Sən  yağıdan  bac  aldın,
El  gözündə  ucaldın,
AZERBAYCANI POLİSİ!

Üç rəngli  bayrağıma,
Qurbandır  canın  sənin,
Axır  yurd  sevgisiylə,
Damarda  qanın  sənin,
AZERBAYCAN POLİSİ!

Vüqarlı  dağlar  kimi,
Ucadır  başın  sənin.
Hakim  olub  qəlbinə,
Torpağın, daşın  sənin.
AZERBAYCAN POLİSİ!

Sönməyən  bir  işıqsan,
Amalın  nurdur  sənin.
Xalqa, elə  məhəbbət,
Könlündə  vardır  sənin.
AZERBAYCAN POLİSİ!

Açılır  iş  başında,
Hər  gün  sənin  sabahın.
Hifz  eləsin  xətadan-
Səni  uca  Allahım,
AZERBAYCAN POLİSİ!

Müəllif: Yegane Bağırova


AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın