İlqar Məmmədov İlham Əliyevə müraciət etdi

30, 06, 22
15:00

İlqar Məmmədov İlham Əliyevə müraciət etdi


Respublikaçı Alternativ (REAL) Partiyasının sədri İlqar Məmmədov Prezident İlham Əliyevəı müraciət edib. 

“Azərbaycan Reallığı" xəbər verir ki, o öz müraciətində ötən parlament seçkilərində nəticələri ləğv olunmuş seçki dairələri üzrə təkrar seçkilərin keçirilməsini istəyib. Partiya sədri bildirib ki, bu məqsədlə həmin dairlərinin ikisində 1651 seçicinin imzasını toplayıb.

O, 7 dairədə yaşayan 384 min 545 seçicinin  uzun müddətdir Milli Məclisdə təmsilçisiz qaldığını qeyd edib: "Onlardan 186 min 312 nəfər Konstitusiyada nəzərdə tutulan 5 illik dövrün hətta yarısı qədər parlament təmsilçiliyindən məhrumdurlar".

Xatırladaq ki, 2020-ci il fevralında Milli Məclisə keçirilən növbədənkənar seçkilərin 33 saylı Xətai, 35 saylı Xətai, 74 saylı Lənkəran kənd və 80 saylı İmişli-Beyləqan dairələri üzrə nəticələrini Mərkəzi Seçki Komissiyası ləğv edib.

116 saylı Qəbələ dairəsindən seçilmiş deputat Fəttha Heydərov vəfat edib, 55 saylı Xaçmaz dairəsindən seçilmiş Eldəniz Səlimov həbs edilib. 50 saylı Abşeron-Qobustan seçki dairəsindən deputat Şahin Seyidzadə isə İçərişəhər Dövlət Qorğu İdarəsinə rəhbər təyin edilib.

AZƏRBAYCANREALLIĞI.COM   

Bizimlə əlaqə saxlayın