Həbsdə olan jurnalistlə bağlı, Goranboy rayon İcra Hakimiyyəti önündə aksiya təyin olunub

Manşet / Media
 28-06-2022, 12:00     2 716


Bir ilə yaxındır Goranboy rayon icra hakimiyyətinin vəzifəli şəxslərindən rüşvət almaqda ittham olunan , hal-hazırda həbsdə olan bu vaxta qədər məhkəmə prossesləri keçirilməyən jurnalist İlqar Atabəyli ilə bağlı Goranboy rayon İcra Hakimiyyəti önündə aksiya keçiriləcək.

"Azərbaycan Reallığı" xəbər verir ki, bu haqqda bir qurup jurnalist və blogerlər sosial şəbəkələrdə məlumat yayıb. Məlumatda bildirilir ki, Jurnalist İlqar Atabəylinin həbsi ilə bağlı həmkarları Goranboy rayon İcra Hakimiyyəti önündə aksiya keçirəcək.

İlqarın işi düzgün araşdırılmalıdır. Amma məhkəmə təyin olunur, ictimaiyyətdən gizli saxlanılır. Bundan əlavə, İlqar Atabəyli ilə eyni ittiham üzrə həbs edilən jurnalist Sənan Abdullayevin oğluna pulu Goranboyda yaşayan Elçin Tağıyev adlı jurnalist verib. Maraqlıdır ki, həmin Elçin Tağıyev məsuliyyətdən kənarda qalıb və hazırda Goranboy rayon Mədəniyyət İdarəsində çalışır. Paylaşımda bildirilir ki, təşkilat işləri bitdikdən sonra, aksiyanın tarixi barədə daha geniş informasıya veriləcək.

"Azərbaycan Reallığı" xəbər verir ki, “Youtube” platformasında Xəbər kanalı” səhifəsinin yaradıcısı Sənan Abdullayevlə jurnalist İlqar Atayev  Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, adları çəkilən şəxslər avqustun 10-da saxlanılıblar.

Onlar vəzifəli şəxsdən hədə-qorxu ilə pul tələb etməkdə ittiham olunurlar.  

Sənan Abdullayev və İlqar Atayev haqqında Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində cinayət işi başlanıb. Onlar Cinayət Məcəlləsinin 182.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu ilə tələb-etmə) maddəsilə şübhəli şəxs qismində tutulublar.

AZƏRBAYCANREALLIĞI.COM