Qazax rayon kənd bələdiyyə sədri vətəndaşın əmlakın satdırıb rüşvət alıb - ŞİKAYƏT

25, 06, 22
12:00

Qazax rayon kənd bələdiyyə sədri vətəndaşın əmlakın satdırıb rüşvət alıb - ŞİKAYƏT


Qazax rayonu Ağköynək kənd  sakini Mustafayev Murad Bəhmən oğlunun Redaksiyamız vasitəsilə Qazax rayon Ağköynək-Qarapapaq Bələdiyyəsinin sədri Nəzakət xanım Mansurova barəsində Dövlət Başçısına və Digər Səlahiyyətli Vəzifəli Şəxslərə şikayət məktubu ünvanlamışdır.

Şikayəti olduğu kimi dərc edirik. 

Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Dövlətinin Başçısı,  Müzəffər Ali Baş Komandan  cənab İlham Əliyevə;

Azərbaycan Respublikasının Birinci Vitse Prezidenti Mehriban xanım Əliyevaya;

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri və Azərbaycan Respublikasının Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyasının Sədri cənab Samir Nuriyevə;

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri və Azərbaycan Respublikasının Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyasının üzvü cənab Fuad Ələsgərova;

Azərbaycan Respublikası Prezidentinin   Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri, Azərbaycan Respublikası Birinci vitse-prezidentinin köməkçisi və Azərbaycan Respublikasının Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyasının üzvü cənab Gündüz Kərimova;

Azərbaycan Respublikasının Baş Naziri cənab Əli Əsədova;

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinin Rəisi və Azərbaycan Respublikasının Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyasının üzvü cənab Əli Nağıyevə;

Azərbaycan Respublikasının Milli Məclisinin sədri Sahibə xanım Qafarovaya;

Azərbaycan Respublikasının Milli Məclisin Sədr müavini və Azərbaycan Respublikasının Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyasının üzvü cənab Adil Əliyevə;

Azərbaycan Respublikasının Baş Prokuroru cənab Kamran Əliyevə;

Azərbaycan Respublikasının Baş Prokurorunun Birinci müavini cənab Elçin Məmmədova;

Azərbaycan Respublikasının Baş Prokurorunun  müavini cənab Elmar Camalova;

Azərbaycan Respublikasının Baş Prokurorunun  müavini cənab Heydər Məmmədova;

Azərbaycan Respublikasının Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi cənab Tural Aslanova;

Azərbaycan Respublikası Baş prokurorunun müavini - Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi cənab Nazim Rəcəbova;

Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini cənab Asəf Sarıkişiyevə;

Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini cənab Emin Mürsəliyevə;

Azərbaycan Respublikasının  İnsan Hüquqları üzrə Müvəkkili Səbinə xanım Əliyevaya;

Qazax rayonu, Ağköynək kənd sakini Mustafayev Murad Bəhmən oğlu tərəfindən 

Əlaqə telefonu: 055-870-01-70

                                

ŞİKAYƏT ƏRİZƏSİ

(korrupsiya cinayəti və vəzifəli şəxslərin digər hüquqazidd əməlləri barədə)


         HÖRMƏTLİ PREZİDENTİMİZ  VƏ DİGƏR SƏLAHİYYƏT SAHİBLƏRİ!


Mənim şikayətim Sizin həyata keçirdiyiniz təqdirəlayiq xarici və daxili siyasətə kölgə salan, Sizinlə Xalq arasında uçurum yaradan , Sizin qətiyyətli  tapşırıqlarınıza zidd olaraq, hələ də korrupsiya ilə məşğul olan Qazax rayon Ağköynək-Qarapapaq Bələdiyyəsinin sədri Nəzakət Bilal qızı Mansurovadan və onun dediyi kimi digər əlaqəli vəzifəli şəxslərdəndir.

Belə ki, mən digər şəxsdən torpaq almaq üçün həmin şəxsin sənədlərinin qanuniliyini yoxlamaq üçün Nəzakət Mansurovaya müraciət etdim. Nəzakət Mansurova isə mənə bildirdi ki, “Bələdiyyənin mülkiyyətində torpaq sahələri var, ordan haranı istəyirsən, bəyən seç, pulunu ödə sənin adına keçirdək”. 

Bunu, boş torpaq sahəsinin olub-olmamasını  yoxlamaq üçün   məndən ilk öncə N.Mansurova Kadastr Mərkəzinin əməkdaşlarına kadastr vurulması üçün  200 (iki yüz) manat pul istədi və ilk öncə 80 manat sonra isə 120 manat, cəmi 200 manat pul aldı.

Nəzakət Mansurova 140 kv.m torpaq sahəsi üçün məndən cəmi 4.000(dörd min) manat pul istədi.  

Sonra ağ rəngli Niva markalı avtomobillə   həmin əməkdaşlar gəldi və torpağın- Bakı-Qazax-Gürcüstan yolunun sağ kənarında, Daxili Qoşunların binasının qarşısında yerləşən torpaq sahəsini müayinə etdilər.   

Bundan sonra, Nəzakət Mansurova həmin 140 kv.m torpaq sahəsini Bələdiyyənin adına sənədləşdirmək üçün Dövlət Əmlak Xidmətinin Qazax ərazi Şöbəsindən  rəy alınması, DƏDRX-dən çıxarış alınması, digər sənədləşmələrin aparılması, habelə Bələdiyyənin əməkdaşına pul vermək üçün  və torpağın pulu üçün məndən 4.000 (dörd min) manat pulu istədi və mən pulu verməsəm torpağı digər şəxsə satacağını bildirdi. Mən pulumun olmadığını, gözləməsini xahiş etdim.

Nəzakət Mansurova gözləməyəcəyini, torpağı 5.000 manata digər şəxsə satacağını bildirdi.  

Mən də məcbur qalıb, mənə məxsus BMW markalı, 90-NY-035 dövlət qeydiyyat nişanlı   avtomobili lizinq edib,  Həmin pulun 1.500 manatını Nəzakət Mansurovanın israrlı təkidi ilə 22.09.2021-ci il tarixdə, saat 11:26-da KapitalBank-ın Qazax rayon Filialından  Nəzakət Mansurovanın qızı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin tabeliyində olan Cümşüd Naxçivanski adına hərbi liseydə işləyən Şərifzadə Ləman Şərafəddin qızının adına olan bank hesabına köçürmüşəm. 

Bundan sonra, Nəzakət Mansurova məndən öz evində qızı Ləmanla birlikdə 4.000 manatdan 1200 manat da əlavə rüşvət qismində aldılar.   Bununla məndən alınmış pul ümumilikdə 200+1500+1200= 2900 manat oldu.

Nəzakət Mansurova məndən hər gün yenə pulu istəyib, Əmlaka, Resyestr Xidmətinə pul verib, sənədləşməni aparmaq üçün pulun qalığını istəyirdi. Mən də məcbur qalıb əlavə olaraq, 800 manatı da Nəzakət Mansurovaya yaşadığı Qazax rayonu, Ağköynək kəndində yerləşən  atası evində qızı Ləmanla birlikdə Nəzakət Mansurovaya verdim.   Bununla da məndən alınmış cəmi pul 3.700 manat təşkil etdi. 

Pulların verilməsi ilə bağlı məndə maddi sübutlar da vardır ki, həmin sübutlarla məndən alınan,  rüşvətin məbləği, pulların kimə, hansı vəzifəli şəxslərə verilməsi tam təsdiq edilir. 

Nəzakət Mansurova hazırda mənə təqdim etdiyi torpaq sahəsini başqa şəxsə satdığından, mənə başqa yeri, mənim üçün əhəmiyyətli olmayan və işimə yarımayan, mübahisəli yeri  təklif edir və əlavə də olaraq, məndən 900 manat rüşvət tələb edir. 

Nəzakət Mansurova mənə bildirir ki, məndən aldığı pulun 500( beş yüz) manatını Bələdiyyənin işçisinə vermişdir ki, həmin sənədləşmələri aparsın. 

Mən Qazax rayonu Ağköynək-Qarapapaq  Bələdiyyəsinin sədri Nəzakət Bilal qızı Mansurovanın etdiyi aşkar cinayət əməllərindən və digər şəxslərin-Əmlak Komitəsinin və DƏDRX-nin əməkdaşlarının  adı ilə, onlara vermək üçün məndən aldığı pullara, rüşvətə görə şikayətçiyəm. 

Sizdən xahiş edirəm ki, Qazax rayonunda baş vermiş qeyd etdiyim cinayət hadisələrinə düzgün hüquqi qiymət verilib, təqsirkarların dairəsinin müəyyən edilib, Nəzakət Mansurovanın və digər şəxslərin cinayət məsuliyyətinə cəlb edilmələrində köməklik edəsiniz.

Qoşma: bank qəbzi.







Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

AZƏRBAYCANREALLIĞI.COM   
  

Bizimlə əlaqə saxlayın