Prezident İlham Əliyevin Özbəkistana səfəri başlayıb

21, 06, 22
16:30

Prezident İlham Əliyevin Özbəkistana səfəri başlayıb


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 21-də Özbəkistan Respublikasına dövlət səfərinə gəlib.

"Azərbaycan Reallığı" AZƏRTAC-a istinadən xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı İslam Kərimov adına Daşkənd Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi Özbəkistanın Baş naziri Abdulla Aripov və digər rəsmi şəxslər qarşıladılar.

AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə saxlayın