DİN-dən sosial şəbəkə istifadəçilərinə ÇAĞIRIŞ

11, 06, 22
18:00

DİN-dən sosial şəbəkə istifadəçilərinə ÇAĞIRIŞ


“Sosial şəbəkələrdə xaricdən idarə olunan feyk hesablar vasitəsilə şantaj halları var”.

"Azərbaycan Reallığı" xəbər verir ki, bunu, Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev “Facebook” hesabında qeyd edib.

Elşad Hacıyev bildirib ki, bununla bağlı artıq bir neçə şəxs müraciət edib:


“Sosial şəbəkə üzvlərini diqqətli olmağa, sosial şəbəkələrdə qeyri-etik, müzakirələrə səbəb olacaq münasibətlərdən, görüntülü kommunikasiyadan çəkinməyi tövsiyə edirik. Danışıq, foto və videogörüntülər qeydə alınmaqla, dostluq hesabında olan başqa şəxslərə göndərilməməsi üçün ilkin 500-1000 € tələb olunur”.

 AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə saxlayın