İlham Rəhimov demokratiyanı məhv etmək üçün Rus Ordusuna bir milyard dollar ayırıb - ŞOK İDDİA

03, 06, 22
10:30

İlham Rəhimov demokratiyanı məhv etmək üçün Rus Ordusuna bir milyard dollar ayırıb - ŞOK İDDİA


İlham Rəhimov Rusiyaya bir milyard ABŞ dolları vəsait ayırmışdır. Yəni Ukraynanı məhv etmək istəmişdir. Adama deyərlər ki, sən bir hüquqşünas kimi bu pulları vicdanla qazanmısansa, niyə onu isanlığın nəfinə yox, əleyhinə xəcləyirsən? "Azərbaycan Reallığı" xəbər verir ki, bu sözləri tanınmış şair-publisist Mübariz Məsimoğlu özünün Facebook hesabında yazaraq o, Azərbaycanlı iş adamı İlham Rəhimovun ünvana bir sıra itthamlar səsləndirib sözü gedən paylaşımı oxuyucularımıza təqdim edirik. 

Putinin fitnəsi və göstərişilə Azərbaycan əsilli hüquqşünas, biznesmen İlham Məmmədhəsən oğlu Rəhimov Rusiya Elmlər Akademiyasının akademiki seçilmişdir. Bu münasibətlə hal-hazırda Rusiyada və Azərbaycanda ley-pey tədbirləri təşkil edilmişdir. Əsas məsələ-yəni falsifikasiya sabunla yuyulur. Yəni Rəhimov demokratiyanın məhv edilməsi və avtokratiyanın yaşaması üçün Rusiyaya bir milyard ABŞ dolları vəsait ayırmışdır. Yəni Ukraynanı məhv etmək istəmişdir. Adama deyərlər ki, sən bir hüquqşünas kimi bu pulları vicdanla qazanmısansa, niyə onu insanlığın nəfinə yox, əleyhinə xəcləyirsən? İndi bilmək olmur bu binəvalar nəyin bayramını qutlayırlar? 

Mübariz Məsimoğlu 

Qeyd edək Ukrayna Rusiya müharibəsi başlayandan Moskvada ən böyük bazarlardan olan "Fud Siti" bazarının oliqarxı hesab edilən İlham Rəhimov öz nəzarət etdiyi bazarlarda minlərlə azərbaycanlıları öz yəhudi əsilli şərikləri vasitəsilə dəhşətli dərəcədə çətin durumda saxlaması, haqqında bəzi Kütləvi İnformasiya vasitələrində xəbərlər yayılmışdır, Belə ki, onlar, meyvə-tərəvəz sataraq Azərbaycandakı ailə üzvülərinə maddi yardım edən insanları, hər bir vasitə ilə onların qazandıqları pulları mənimsəyərək dözülməz vəziyyətdə saxlaması haqqında məlumatlar dərc olunmuşdur, məlumatlı mənbə iddia edirdi ki, tez-tez arendaları qaldıraraq insanların əsəbləriylə oynayırlar. Vəziyyət o dərəcəyə çatıb ki, satıcılar məcburən bir-birlərin aldadaraq borclu qalırlar. Çox dözülməz durumdayıq, xahiş edirəm bizim Moskva bazarlarındakı vəziyyətimizi öz saytlarınızda işıqlandırın.” deyə adının çekilməsini istəməyən mənbə bildirmişdir.  

İlham Rəhimov

Sözü gedən ittihamları isə İlham Rəhimov tərəfi susqunluqla 

qarşılamış, heç bir cavab verməmişdir. Yayılan informasiyaları isə bəzi xəbər saytlarından şirnikləndirici pul vəsaitləri hesabına sildirməklə, işini yekunlaşdırmış hesab edib. 

Vladimir Putini bu gün bütün dünyanın diktator lider kimi qəbul etməsinə baxmayaraq, azərbaycalı iş adamı olan İlham Rəhimovun Putinə sevgisi nəinki dəyişmir, heç ona adi irad da bildirmir. Putinin Ukraynadakı işğalçılıq siyasətinə açıq aşkar dəstək verən İ.Rəhimov 44 günlük Vətən müharibəsi zamanı da öz ölkəsinə hec bir humanitar yardım etməmişdir. 10 noyabr 2020-ci ildə bağlanmış 3 tərəfli sülh sazişin şərti olaraq Rus qoşunları Dağlıq Qarabağa yerləşdiriləndə də İlham Rehimov yenə susdu. Milli maraqlar naminə buna etiraz etməli olduğu halda susmağa üstünlük verdi. Onun vətənpərvərlik hissi Putinə olan dostluq hissinə məğlub oldu. İlham Rəhimov bu gün Rusiyanı Putinsiz təsəvvür etmir, onu əbədi prezident kimi görür. Bununda çox sadə səbəbi var: İlham Rəhimovun Rusiyada olan varidatlarının qarantı Putindir. Məhz onun Rusiyada Prezident seçilməsindən sonra İ.Rəhimov elmin daşını atıb böyük biznesə başlayır və bu gün dünyada 10 nəfər milyarderdən biridir.

AZƏRBAYCANREALLIĞI.COM  


Bizimlə əlaqə saxlayın