DİN sözçüsü - Şəhid Anasının döyülməsi ilə bağlı araşdırma aparılır

31, 05, 22
10:00

DİN sözçüsü - Şəhid Anasının döyülməsi ilə bağlı araşdırma aparılır


"Azərbaycan Reallığı" İnformasıya Agentliyində Şəhid Anası Vilayət Eyvazova müraciət etdi: “Məni döyərək xəsarətlər yetiriblər” başlıqlı yazı ilə bağlı DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov "Azərbaycan Reallığı"na sözü gedən məsələ ilə bağlı münasibət bildirib. O qeyq edib ki, hal-hazırda Tovuz rayon Polis Şöbəsində araşdırmalar başlanılıb, müvafiq ekspertiza təyin olunub. Tezliklə araşdırmaların nəticəsindən asılı olaraq, məsələyə hüquqi qiymət veriləcək. 

Eşqin Qasımov daha sonra isə şəhid anasının ona xəsarət yetirən xanımın qardaşının polis olması haqqında səsləndirdiyi fikirlərə münasibət bildirib. Eşqin Qasımov qeyd edib ki, kiminsə hansısa məmurla qohum olması və qardaşının polis olması aparılan araşdırmalara heç bir halda mane ola bilməz. 

Sözü gedən məsələyə DİN-nin tez bir zamanda reaksiya verməsi təqdirə layiq addımdır. Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımova "Azərbaycan Reallığı" saytı adından təşəkkur edirik. İnanırıq ki, baş vermiş neqativ hal, polis tərəfindən obyektiv şəkildə araşdırılaraq məsələyə hüquqi qiymət veriləcək. 

P.S. Xüsusilə qeyd edək ki, şəhid anasını döyərək, təhqirlərə məruz qoyan xanımın qardaşı Asim adlı polis əməkdaşı Tovuz rayon Polis Şöbəsində müstəntiq vəzifəsində çalışır.

AZƏRBAYCANREALLIĞI.COM 

Bizimlə əlaqə saxlayın