Şəhid Anası Vilayət Eyvazova müraciət etdi: “Məni döyərək xəsarətlər yetiriblər” - FOTOLAR

31, 05, 22
09:00

Şəhid Anası Vilayət Eyvazova müraciət etdi: “Məni döyərək xəsarətlər yetiriblər” - FOTOLAR


Tovuz rayonunda şəhid anası döyülüb. Bu haqqda "Azərbaycan Reallığı"na şəhid Şirinov Elmarın anası Amana Nəsirova özü məlumat verib. O, bildirir ki, oğlu 2 ayın əsgərin olub .18 yaşında 44 günlük ikinci vətən müharibəsi zamanı Şuşa istiqamətində gedən döyüşlərdə Şəhid olub. 7 medal , bir ordenlə təltif olunub. Oğlum 6 ayılıq qucağımda olarkən Atası vəfat edib. Süpürgəçi, qabyuyan işləyərək oğlumu böyütmüşəm.

Ana bildirir ki, Tovuz rayon mərkəzində , semzavod qəsəbəsi 8A 47 nömrəli binanın qarşısında, ayın 27-də təxminən saat 18:00 radələrində, ümumi şəhidlər üçün tikilən bulağda, Tovuzda yaşayan amma kimliyi ona məlum olmayan təxminən 30-35 yaşlı bir xanım , bulağa yaxınlaşaraq ona məxsus 60 CA 038 dövlət nömrə nişanlı maşını yumağa başladı. 

Ətrafda olan qonşular xanıma etiraz edərək, bura şəhid bulağdır burada maşın yumaq olmaz kimi etirazlar etdilər. Bu zaman xanım uca səslə siz kimsiz? Siz Şəhid qədiri bilənsiz ? Deyərək ətrafdakılara kobud cavab verdi. Mən isə xanıma yaxınlaşaraq onu təmkinli olmağa, bu cür kobud və nalayiq ifadələr işlətməməyə çağırdım.

Bu zaman xanım mənim üstümə hücum edərək, mənə nalayiq söyüşlər söyərək döyməyə başladı. Xəsarətlər yetirdi. Hal - hazırda sol qolumun 5-6 yeri cızlib, sağ qolmun 2-3 yeri cızılıb, sinəmə yumruqla vurdu döş qəfəsim göyərib . Sol bud nahəmdə göyərmələr var.  Üstümə təcili yardım gəlib Hadisə haqqında Tovuz rayon polisinə məlumat verilib. Hadisədən sonra da üstümə bir neçə dəfə təcili yardım gəlib. Tovuz rayon polisinə çağrılıb izahatmı alıblar. Lakin işin gedişatı ilə bağlı hələ heç bir məlumat yoxdur deyə Şəhid Anası bildirib

Şəhid Anası bildirir ki, Ölkə başçsı Şəhid ailələrinə qayğı göstərir “mən əvvəla prezidentimə müraciət edirəm ki, Sizin şəhid Ailələrinə göstərdiyniz sonsuz qayğıya görə sizə təşəkkürümü bildirirəm. Tanırı hər zaman sizi var etsin. Sonda isə Daxli İşlər Naziri dəyərli generalımız Vilayət Eyvazova üzmü tuturam sizdən bir gənc şəhid anası kimi xahış edirəm. Bu işi şəxsi nazarətinizə götürün. Çünki, aldığım məlumata görə məni döyəndə hansısa polisin bacısıdır” deyə sonda Şəhid Anası fikirini bitirib.

 AZƏRBAYCANREALLIĞI.COM 



Bizimlə əlaqə saxlayın