İş adamı Zaqatala rayon Məhkəməsinin hakiminə SENSASON muraciət ünvanladı

30, 05, 22
16:30

İş adamı Zaqatala rayon Məhkəməsinin hakiminə SENSASON muraciət ünvanladı


Azərbaycan Respublikası Zaqatala rayon Məhkəməsinin hakimi Tural Həsənova 

“Mağara” Şəxsi (Kəndli) Fermer Təsərrüfatının  qoyunçuluq ferması haqqında 

 M Ə L U M A T

Hörmətli Hakim! 

mən danışanda Sizin xoşunuza gəlmir, acığınız tutur. Ona görə də məlumatı Sizə yazılı təqdim etmək qərarına gəlmişəm. Mən 32 ildir qoyunçuluq təsərrüfatı ilə məşğulam. Qoyunçuluq haqqında yetərli təcrübəm vardır. Bu gün məhkəməyə dəvət olunmuşam, gəlmişəm. Ancaq bu məhkəmə mənim qoyunçuluq təsərrüfatıma aid deyil. Mən qoyunçuluğu ləğv etmişəm. Mənim quyunçuluğu ləğv etməkdə səbəbim, mənim qoyunçuluq fermasında çalışan Cavadov Mükərrəmə görədir. 

Cavadov Mükərrəm qoyunçuluq təsərrüfatımda oğrudur, quldurdur. Mənim qoyunçuluq təsərrüfatımda 2020-ci ildə 184 baş (əslində 250 baş olmalı idi) ana qoyuunum olub. Mükərrəm mənə dişi quzu 51 baş, 11 baş erkək quzu verib. 2021-ci ildə isə 181 baş olubdur. Dişi quzu 138 baş, erkək heç verməyib. Mükərrəmdən soruşanda ki, mən xəstə adamam, gəlib çata bilmirəm, sən niyə belə etmisən. Mənə bildirdi ki, mən sənin nökəırin deyiləm, mənə düşən heyvanları mən bilərəm, ona görə silmişəm.  

Mən bildirdim: Mükərrəm sənin 130 baş qoyunuğu saxlayıram fermada, qışlaq mənim, yaylaq mənim, qoyun saxlayan ferma mənim. Ona görə də sənə maaş vermirəm. Sən açıq-açığına, göz görə-görə mənim qoyun sürümü mənimsəyirsən. Get soruş başqa fermalardan, harda belə haqsızlıq var. İndi dağdan düşüb 610 baş heyvan. Mən də gəlib hər on gündən sayıram heyvanları. 

Möhtərəm hakim!

Noyabr ayında mən qoyun sürümü Acınohur qışlağına aparmaq istəyəndə Mükərrəm mənə bildirdi ki, altı ay qabağa mən öz heyvanlarımı tamamilə satmışam. İşdən çıxıram və daha işləmək istəmirəm. Qoyun sürünü Qışlağa aparmaq üçün Muxaxdan iki nəfər çoban tapıb gətirdim. Mükərəmdən də xahiş etdim ki, qoyun sürünü qışlağa çatdırmağa kömək elə, dedi yaxşı. Biz qoyunu sayıb qışlağa yola düşdük. Sürüdə 590 baş heyvan var idi. LÜç gün qoyun sürünü sürüb  qışlağa getdik. 

Biz qışlağa gedəndə nə Mükərrəm gildən çıxanda, nə də yolda bizim sürüyə yad heyvanlar qatılmayıb. Hamı buna şahiddir, Mükərrəmin özü də. 15 (on beş ) gün  Acınohur qışlağında Muxaxlı çoban qoyun sürümü otardı. Orda da yad heyvan qatılmayıb. Noyabrın sonu qoyun almaq üçün mənim yanıma Qədir adında bir yoldaş Suvagildən gəldi.

Mən qoyun sürüdən 10 baş  heyvanı evimə kəsməyə apardım, 30 baş heyvanı da  satdım. Suvagildən gələn Qədir adında yoldaş qalan qoyunları saymağa başladı. Bir də mənə xəbər gəldi ki, Mükərrəm qoyun sürünün içinə girib  qoyunları ayırmağa başlayıb. Çağırdım Mükərrəmi yanıma, dedim: Sən nə edirsən, dəlimi olmusan? Bu nə hoqqadı çıxarırsan? Sənin sürüdə bir dənə də olsa heyvanın yoxdu. Mənə altı ay qabağa bildirmisən ki, özümə məxsus bütün heyvanları satmışam. 

İndi nə oyundur çıxarırsan. Səhərisi günü telefon zəngi gəldi, mənə bildirdilər ki, Mükərrəm 180 baş qoyunu ayırıb, bir hissəsini maşına yükləyib, digərlərini də  sürüb aparır. Mən Qax rayon Polis şöbəsinə getdim. Baş  verən hadisəni danışdım. Bir neçə polis əməkdaşı görüb getdim Acınohura.

Gördüm 6-7 km fermadan aralı qoyunu sürüb aparır. Qoyunun hamısı da dişi, ana qoyunlardır. İçərisində keçi də yoxdur. Bir neçə gündən Qax polisində istintaq getdi. Mükərrəmin yalanının üstü açıldı. Qax Polisində işdə cinayət əməli olmadığına görə cinayət işinin başlanması rədd elədilər. İndi də Zaqatala rayon Məhkəməsinə veriblər. Zaqatala rayon Məhkəməsinə verəndə  özünə oxşar iki nəfər  sıravi adam tapıb. Hərəsinin yağına 60 (altmış) baş hreyvan yazıb. 

Həmin adamları mən heç tanımıram, heç vaxt görəməmişəm. Güya onlar heyvanlarını otarmaq üçün Mükərrəmə veriblər. Bu qəti yalandır. Onların heç vaxt heyvanları olmayıb. Mükərrəmə də otarmağa heyvan verməyiblər.

Dediklərinə görə Qax Məhkəməsində bildirirblər ki, 60 baş Fəridin, 39 baş Nəbinin, 60 baş Mükərrəmin heyvanı olub. Zaqatala Məhkəməsində  isə 25 keçi, 35 qoyun, Mükərrəmə məxsus 39 qoyun, 21 keçi, Hacıyev Fərid Tahir oğluna məxsus, 28 qoyun, 11 keçi  Davudov Nəbi Yusif oğluna məxsus olduğunu bildiriblər. Halbuki onların  nə qoyunu, nə də keçisi olmayıb. Acınohur qışlağına sürüb aparanda hamısı seçmə ana qoyun olub. 

Hörmətli hakim! 

Bu fırıldaq oyunu  quraşdıran Mükərrəmdir, burada doğru heç nə yoxdur. İndi mən Sizə  kömək üçün, həm də bu dolaşıq  kələyi açamaq üçün bir məsləhət verə bilərəm:

1.  İstərsə otarmaq üçün, istərsə də elə belə sürüyə heç vaxt, heç yerdə  keçi qatıla bilməz.
 
2.  Sütüyə hər hansı heyvan qatııarsa  onun qulağında nişanı “ən” olmalıdır. 

3. İndi Siz Mükərrəmi zaldan çıxarın, Fəridə bir də  Nəbiyə verin ağ vərəq. Onlar vərəqin üstünə heyvanların qulağında olan nişanın, yəni “ən”-in forma şəklini çəksinlər. 

4. Onları sürüyə aparıb  ferma şəkilləri ilə  qoyunların qulağındakı  “ən”, yəni nişanları  tutuşdurmaq lazımdır. 


Başqa cür heç nəyi araşdırmaq mümkün deyildir. Mükərrəmnən savayı ya Nəbi, ya da Fərid bu işləri edə bilməyəcəklər. Beləliklə qoyunların onların olmaması sübut olunacaqdır. Fərid və Nəbi hər daim Mükərrəm oğurlayıb verən qoyunları satan olublar. Mükərrəm mənim qoyun sürümdən 80 baş ana qoyunu, keçiyə dəyişib, sayı bitirmişdir. İndi isə 400 baş ana qoyun əvəzinə sürüdə 300 baş ana qoyun qalmışdır. 

Möhtərəm hakim! 

Mən Zaqatala rayon Prokurorluğuna  bu iş barədə Mükərrəmi istintaqa vermişəm. O yanındakı iki nəfər də, Mükəırrəmin hesabına yanacaqlar. Deyəsi sözüm çoxdur. Hamısı da faktla. Bu gün Zaqatala Məıhkəməsi vasitəısi ilə mənim qoyun sürümü mənimsəmək istəyirlər. Hər şeyi aydınlaşdırmaq üçün qoyun və keçilərin qulağında “ən” vardır.  Nə isə araşdırmaq üçün, sübuta yetirmək üçün əsas lazımdır, sübut lazımdır.  Əsas da, sübut da qoyunların “Ən”-dir. “Ən”-ə əsasən hər şeyi sübut  etmək olar, başqa əsas yoxdur.  

Cavabdeh Kərimov Qədir Abdulkərim oğlundan iddiaçılar Cavadov Mükərrəm Əsgər oğluna məxsus 29 baş ana qoyun, 13 baş ana keçi, 6 baş erkək keçi (seyz sort), 6 ədəd  bir illik keçi, 6 ədəd erkək toxlu, eyni zamanda 20 ədəd ana qoyun olmaqla, Davudov Nəbi Yusif oğluna məxsus 25 baş ana qoyun, 8 baş ana keçi, 3 baş erkək toxlu, 3 baş bir illik keçi, Hacıyev Fərid  Tahir oğluna məxsus 37 baş ana qoyun, 12 baş ana keçi, 1 baş qoç, 2 baş erkək keçi, 1 baş erkək toxlu, 7 baş bir illik keçirinin alınaraq verilməsi, heyvanlar olmadığı təqdirdə  onların bazar dəyəri olaraq hesablanmış Cavadov Mükərrəm Əsgər oğluna  14930 ( on dörd min doqquz yüz otuz ) manat, Davudov Nəbi  Yusif oğluna 7040 (yeddi min qırx) manat , Hacıyev Fərid Tahir oğluna 10830 (on min səkkiz yüz otuz) manat pulun,eyni zamanda 188,40 ( bir yüz səksan səkkiz manat 40  qəpik) alınaraq ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş edilən  əsassız  göstəricilər, heç bir sübuta yetirilmir.  Məhkəmə icraatına belə bir işi qəbul etmək düzgün deyil. Bu məhkəmənin heç bir əsası, sübutu yoxdur. Dələduzlar məhkəmə vasitəsi ilə  gəlir əldə etmək istəytirlər. Bu da alınan bir şey deyil. Mən bir çox xarici dövlətlərdə  olmuşam. O, cümlədən Avstraliyada olmuşam. 

Avstraliya dünyada ən böyük qoyunçuluq  təsərrüfatı olan bir ölkədir. Orada da belə bir hadisə baş vermişdir. İki nəfər dələduz 250 baş heyvanı məhkəmə vasitəsiylə əldə etmək istəmişlər. Ədalətli məhkəmə hər şeyi düzgün araşdırmış, həmin iki nəfər dələduza 5 il həbs cəzası verilmişdir. Bizim dələduzlara da həbs cəzası verilməsi üçün mən əlimdən gələni edəcəyəm. Sizin rəhbərlik etdiyiniz ədalət məhkəməsi hər bir işin üzə çıxması üçün mənə elə gəlir köməklik göstərəcəkdir. 

Hörmətlə: Hacıbəy İsak oğlu Zakatalski

AZƏRBAYCANREALLIĞI.COM   




Bizimlə əlaqə saxlayın