BAYDENİN ƏLİYEVƏ MƏKTUBUNDA PUTİNƏ İLGİNC MESAJ – EKSPERT DANIŞIR

21, 05, 22
17:00

BAYDENİN ƏLİYEVƏ MƏKTUBUNDA PUTİNƏ İLGİNC MESAJ – EKSPERT DANIŞIR


Bayden Əliyevə məktubunda qeyd edir ki, “Rusiyanın Ukraynaya qarşı müharibə ilə beynəlxalq təhlükəsizliyin əsas sütunlarını sıradan çıxarmağa çalışdığı bu qlobal qeyri-sabitlik dönəmində Amerika Birləşmiş Ştatları Azərbaycanın müstəqilliyi və suverenliyinə öz dəstəyini bir daha təsdiq edir”. Bu qeyddə iki mesaj var:

Birincisi, Vaşinqton Bakıya “işğalçı Rusiya qarşısında Azərbaycanı dəstəkləyirik” mesajı verir və bununla ABŞ cəbhəsində yer almasını istəyir;

İkincisi, Vaşinqton Moskvaya “Azərbaycanın yanındayıq” mesajı verir”. "Azərbaycan Reallığı" xəbər verir ki, bunu siyasi ekspert Asif Nərimanlı yazıb. Onun sözlərinə görə, geosiyasi qarşıdurma Azərbaycanın hər iki cəbhə üçün önəmini artırır, istər enerji resursları, istər Cənubi Qafqazda güc balansı, istərsə, Mərkəzi Asiya coğrafiyası baxımından. Və bu, Bakının manevr imkanlarını genişləndirir.

 AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə saxlayın