“Onları məhkəməyə verəcəyəm”- Xudayarın anası dələduzlara qarşı

21, 05, 22
18:00

“Onları məhkəməyə verəcəyəm”- Xudayarın anası dələduzlara qarşı



Bu sözləri şəhid Xudayar Yusifzadənin anası Radə Qurbanova bildirib. O qeyd edib ki, dəfələrlə Xudayarın adından bu cür səhifələr açılıb.

Şəhid anası bu barədə hüquq mühafizə orqanlarına da şikayət edəcəyini deyib:

“Bu gün şənbə günüdür deyə getməmişəm, amma ən qısa zamanda polisə şikayət edəcəyəm. Bu barədə bir dəfə də şikayət etmişdim, gec həll etmişdilər. Bu dəfə də edəcəyəm. Şənbə, bazar ziyarətçilərimiz çox olur, başım qarışır. Amma bu məsələ ilə bağlı mütləq polisə şikayət edib, onları məhkəməyə verəcəyəm. Qoy, bu işlə polis orqanlarımız özləri məşğul olsun”.

AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə saxlayın