"İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi" aksiyanın dağıdılmas ilə bağlı bəyanat yaydı

15, 05, 22
09:00

"İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi" aksiyanın dağıdılmas ilə bağlı bəyanat yaydı


Xüsusi amansızlıqla aksiyanın dağıdılması onu göstərir ki, Azərbaycan sürətlə Şimali Koreyaya çevrilməkdədir.

Bu gün hüquq müdafiəçilərinin, jurnalistlərin və polis tərəfindən zaman-zaman sifarişli işgəncələrə məruz qalan ictimai fəalların təşkilatçılığı ilə "Kriminal dövlət istəmirik!", "Öldürmə ədaləti, dayandır cinayəti!" şüarı ilə keçirilən etiraz aksiyası Daxili İşlər Nazirinin göstərişi ilə xüsusi amansızlıqla və bəzi iştirakçılara qəsdən xəsarətlər yetirməklə dağıdılmışdır.
 
Hüquq müdafiəçiləri isə daha amansızlıqla aksiya yerindən kənarlaşdırılmış, "İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi"nin sədri Fikrət Cəfərli şəxsən generalın tapşırığı ilə qeyri-insani rəftara məruz qalaraq saxlanılıb 8-ci Polis Bölməsinə aparılaraq 2 saat sonra sərbəst buraxılmışdır. Digər hüquq müdafiəçisi, "Müdafiə Xətti" insan hüquqları təşkilatının həmtəsisçisi Zaur Əkbərə isə xüsusi amansızlıqla qəsdən bədən xəsarəti yetirilmiş və oda eyni polis bölməsində saxlanılmışdır. 100-lə aksiya iştirakçısı müxtəlif zorakılıqlara, qeyri-insani rəftara məruz qalmaqla müxtəlif polis bölmələrin də saxlanılmışdır.

"İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi" olaraq bu gün polisin xüsusi amansızlıq göstərməməsi, vətəndaşların Konstitusiya qanununa əsasən sərbəst toplaşma hüququna hörmətlə yanaşmalı olduğunu Daxili İşlər Naziri Vilayət Eyvazova müraciət edərək diqqətinə çatdırmışdıq. Görünür Mərkəzin müraciəti Nazir Vilayət Eyvazovu qıcıqlandırmış və aksiya başlamamışdan əvvəl müraciət müəllifinə xüsusi "davranış" nümayiş etdirilməsini göstəriş veribmiş. 

Belə çıxır ki, polisin davranışı ilə bağlı müraciətləri Daxili İşlər Nazirinə yox, Kənd Təsərrüfatı Nazirinə ünvanlamaq lazımıymış.

 Fikrət Cəfərli

Aksiya başlamamışdan əvvəl "İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi" nin sədri Fikrət Cəfərlinin Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidovla danışması və aksiyada monitorinq arapacağını bildirməsidə polis tərəfindən qeyri-insani rəftara məruz qalmasında da rolu olmuşdur.

İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi" olaraq Polis tərəfindən aksiyanın xüsusi amansızlıqla dağıdılmasını qətiyyətlə pisləyirik, zorakılıq nümayiş etdirən polis əməkdaşlarının cəzalandırılmasını tələb edirik.


 AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə saxlayın