Səfər Mehdiyevin Ukraynaya mənfi münasibəti nədən qaynaqlanır?

Manşet / Gündəm
 13-05-2022, 15:00     215


Azərbaycan Gömrük Komitəsinin ictimai qınaq doğuran və bir çox hallarda qanunsuzluqlara söykənən fəaliyyəti ənənə halını almaqdadır.

Bir müddət əvvəl Ukraynaya məxsus yük maşınlarından əlavə ödənişlər tələb edən gömrük bu dəfə ölkəmizə pənah gətirən qaçqınlara problem yaradıb.

Gömrük Komitəsi Azərbaycana gələn ukraynalı qaçqınların avtomobilini ölkə ərazisinə buraxmır.

Belə ki, müxtəlif bürokratik maneələr yaradan gömrük orqanı onları sərhədlərdə saxladır.

Onu da vurğulayaq ki, Rusiyanın hərbi cinayətlərindən xilas olmaq üçün başqa ölkələrə üz tutan Ukrayna vətəndaşları arasında soydaşlarımız da var.

Dövlət Gömrük Komitəsinin bu hərəkəti Qaçqınların statusu haqqında Konvensiyanın 8, 13 və 17-ci maddələrinin kobud şəkildə pozulmasıdır. DGK-nin belə davranışı beynəlxalq öhdəliyin pozulmasıdır və məsuliyyət yaradır.

AZƏRBAYCANREALLIĞI.COM