İcra başçısı Abdin Fərzəliyevin mənzil dəyərində olan saatı - ŞOK QİYMƏTLƏR

11, 05, 22
15:00

İcra başçısı Abdin Fərzəliyevin mənzil dəyərində olan saatı - ŞOK QİYMƏTLƏR


Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev saatı ilə diqqət çəkib. 

"Azərbaycan Reallığı" xəbər verir ki, 32gun.az-ın əldə etdiyi məlumata görə,  saat həvəskarı olan icra başçısı  "Rolex" markasına üstünlük verir. 

A.Fərzəliyev  "Rolex" markasının "Celine Moon Phase" modelinə aid saat taxır. Həmin saatın sözügdən modelinin  qiymətləri 45.000 AZN ilə 63.000 AZN arasında dəyişir. Üstəlik çatdırılma pulu da yerinə görə dəyişir - 200-300 AZN... İcra başçısı Abdin Fərzəliyevin mənzil dəyərində olan saatı- ŞOK QİYMƏTLƏR  (FOTO)
Saytımıza verilən məlumata görə, icra başçısının saat kolleksiyasında ən bahalı saatlardan saylan "Patek Philippe" və İWC kimi saat markaları da mövcuddur.  Sözügedən hər iki saatın ən ucuz qiyməti isə Bakıda 1 otaqlı mənzilə bərabərdir. 

Xatırladaq ki, yerli icra hakimiyyəti başçılarının aylıq vəzifə maaşları isə aşağıdakı məbləğlərdə müəyyən edilib:

Bakı şəhər icra başçısı 1 925 manat, Gəncə və Sumqayıt şəhərlərinin icra başçısı 1 280 manat, əhalisinin sayı 100 min nəfərdən çox olan rayon icra başçıları 1 045 manat, əhalisinin sayı 50-100 min nəfər olan icra başçıları 990 manat, əhalisinin sayı 50 min nəfərədək olan rayon icra başçıları isə 880 manat məvacib alır. Yerli icra hakimiyyəti başçılarına da maaşlarının 25 faizi məbləğində əlavə aylıq pul təminatı edilir. Məsələn, Bakı şəhər icra başçısı 1925 manat məvacib alırsa, üzərinə 481 manat əlavə aylıq pul təminatı olunur. Bu da toplam 2406 manat edir.

AZƏRBAYCANREALLIĞI.COM   


Bizimlə əlaqə saxlayın