"İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi" Miqrantların Saxlanılması Mərkəzində monitorinq keçirib - FOTOLAR

06, 05, 22
09:00

"İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi" Miqrantların Saxlanılması Mərkəzində monitorinq keçirib - FOTOLAR


"İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi" ictimai birliyinin sədri Fikrət Cəfərli, İdarə Heyətin üzvləri Rafik Piriyev və Nasir Əliyev Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti yanında Qanunsuz Miqrantların Saxlanılması Mərkəzində monitorinq aparmışdır. Monitorinq çərçivəsində Mərkəzdə saxlanılan qanunsuz miqrantlar Niqeria vətəndaşları Benjamin İqiti və Anaqo Fredrik ilə konfidensial söhbətlər aparılmışdır.

 Söhbət zamanı qanunsuz miqrantlar Mərkəzdə onlara olan rəftardan razılıqlarını idafə etmiş, tibbi personaldan, qida təminatından da narazı olmadıqlarını və qanunla müəyyən olunmuş hüquqlarından sərbəst şəkildə istifadə etdiklərini bildirmişdilər. Monitorinq zamanı Mərkəzin istirahət otaqları, kitabxanası, ibadət otağı, həkim otağı, idman şəhərciyi və yeməkxanası ilə tanış olduq. Monitorinqin həyata keçirilməsi üçün Mərkəzin rəisi baş miqrasiya xidməti müşaviri Azər Yusifov bütün şəraiti yaratmışdır.


AZƏRBAYCANREALLIĞI.COM   

Bizimlə əlaqə saxlayın