Kanal13.tv-ə açıqlama verdikdən sonra həbs edildi

20, 07, 18
12:34

Kanal13.tv-ə açıqlama verdikdən sonra həbs edildi

Azerbaycanrealligi.com-a daxil olan məlumata görə Bir müddətdir ki, Qazax rayonunda fəaliyyətinə yerli rayon rəhbərləri tərəfindən maneçilik törədilən, hətta rayon icra başçısı Rəcəb Babaşovun başçılığı ilə İmamzaman məscidinin günbəzi yerə düşürülərək azan verilməsinə imkan verilmir. Bu haqda məscidin axundu Mircəfər Hüseyinzadə dəfələrlə ölkə başçısı və güc strukturlarına müraciətlər etsə də, müsbət cavab ala bilməyib. Bir neçə gün öncə Qazax rayonuna səfərimiz zamanı həmin məscidin təsərrüfat işçisi inanclı Zaur Namazov məscidə törədilən maneçiliyin birbaşa rayon icra başçısı Rəcəb Babaşovun göstərişi ilə olması haqqında Kanal13.tv-ə açıqlama verərək onu sərt şəkildə tənqid etmişdi. Həmin çıxış Kanal13.tv internet televiziyasında yayınlandıqdan sonra Zaur İmanov Gəncə şəhərinə anası və atasını ziyarət etməyə gedərkən Füzuli parkına yaxın ərazidə mülki geyimli şəxslər onu saxlayaraq Gəncə Şəhər Polis Şöbəsinə aparmış, onu Kanal13.tv nə üçün kamera qarşısında danışdığı və kim tərəfindən videoya çəkildiyi haqda sorğu-sual etmişlər. Daha sonra ona inzibati qaydada protokol tərtib olunaraq Gəncə Şəhər Məhkəməsinə göndərilib və barəsində 12 sutka inzibati qaydada həbs qərarı verilib.

Həmin çıxışı bir daha təqdim edirik. 


Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın