SON DƏQİQƏ: Deputat tanınmış jurnalisti məhkəməyə verdi - 11 min təzminat

25, 04, 22
12:00

SON DƏQİQƏ: Deputat tanınmış jurnalisti məhkəməyə verdi - 11 min təzminat


Millət vəkiki, təhsil eksperti Etibar Əliyev tanınmış jurnalist, Xural TV-nin rəhbəri Əvəz Zeynallını məhkəməyə verib. "Azərbaycan Reallığı" xəbər verir ki, bu haqda məlumatı Ə.Zeynallı sosial şəbəkədə paylaşıb.

O, bildirib ki, məhkəmə prosesi bu gün - aprelin 25-də başlayacaq:

“Etibar Əliyev məni təhqir edib, cavabını alıb, sonra da verdiyim cavabdan xoşlanmayıb arxasının güclü olduğunu zənn edərək məhkəməyə verib. 

İddia ərizəsini hələ oxumamışam, vəkilin dediyinə görə, 11.000 manat da pul tələb edir. Başda Sahibə Qafarova olmaqla Milli Məclis, görünür, media ilə düşmənçilik xətti tutub. Cavanşir Feyziyevə bizi söydürdülər, indi də məhkəməyə verdirirlər”. 

AZƏRBAYCANREALLIĞI.COM 

Bizimlə əlaqə saxlayın