Sabahın hava proqnozu açıqlandı

24, 04, 22
15:00

Sabahın hava proqnozu açıqlandı


Milli Hidrometeorologiya Xidməti aprelin 25-də gözlənilən hava şəraiti ilə bağlı məlumat yayıb.

"Azərbaycan Reallığı" xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 10-13° isti, gündüz  17-22° isti, Bakıda gecə 11-13° isti, gündüz 19-21° isti olacaq.

Atmosfer təzyiqi  761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-65 % olacaq.

Sabah Azərbaycanın rayonlarında əsasən yağmursuz olsa da, gündüz bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 9-14° isti, gündüz 23-28° isti, dağlarda gecə 0-5° isti, gündüz 10-15° isti olacaq.   

AZƏRBAYCANREALLIĞI.COM 

Bizimlə əlaqə saxlayın