Düzgün Atalı yazır - TÜRK ƏSRİ

24, 04, 22
10:00

Düzgün Atalı yazır - TÜRK ƏSRİ


Özünü türk millətçisi  sayan hər bir kəs,  XXl əsrin türk əsri olcağına inanır.Doğurdan da, hansısa bir ideyanı  reallaşdırmaq üçün toplumda inamın olması çox vacibdir. 

Çox gözəl arzudur.Mən də, bu arzulə yaşayan və bu istəyə  yetmək üçün, çalışan insanlardan biriyəm.

Ancaq, bu arzuya çatmaq üçün xeyli  görüləsi fundamental işlərimiz var. Bu işləri görmək üçün əlifbadan başlayaraq idealoji bir sistemə sahib olmalıyıq. 

Turanın yaranışını, türk əsr kimi təqdim etməyi, naşılıq hesab edirəm. 

Turanın yaranması ilə türklər özlərini qoruyub mövcudluqlarını saxlaya bilər, əsarətdə olan türk xalqlarını əsarətdən qurtulmasına kömək edə bilər. Ancaq, əsarətdən qurtulmaq və yaxud da düşmənə qarşı birliklərin yaranması, həmin millətlərin əsri olmaq anlamına gələ bilməz. Fikrimi ifadə etmək üçün bəzi analoqları gətirmək istəyirəm. Məsələn: 

Hindlilər min illərdən sonra XX əsrdə müstəqilliyinə qovuşdu. Əhalisinin də sayı hamıya bəllidir, XX əsri Hind əsri hesab etmək olarmı? Əlbətdə ki, olmaz.  

Ərəblər bağımsızlıklarına qovuşaraq 23 dövlət qurdular, hətta ərəb liqasını da yaratdılar,- nə olsun? XX əsr ərəb əsri olmadı ki?

Əsrin milləti olmaq üçün, bəşərə yeni ideoloji sistem təqdim edib, həyata keçirməlisən. Dediyim standarta qismən uyğun gələ bilən,- orta əsrlərdə ərab xilafətini hesab etmək olar. Həmin dövrdə Ərəblər, dünyanın böyük bir hissəsini işğal edırək, öz dinlərini qəbul etdirə bildilər. İslam dinindən siyasi-ideoloji vasitə kimi istifadə edərək, xeyli  millətlərin  qədim adət-ənənələrini sıradan çıxartdı. Bəzilərini isə asimlə edərək ərəbləşdirdilər.

Ərəb istilası nəticəsində, biz türklərə də  xeyli idaloji, mənəvi ziyanlar dəydi. Adət-ənənmizdə xeyli dəyişikliklər baş verdi. İslam dinini qəbul etməklə dilimizə xeyli ərəb sözləri gəldi. Adlarımız ərəbləşdi. Ərəblərə xas olan çox arvadlılıq, qadınlara olan baxış bucağının dəyişməsi, qismətçilik...siyahını uzatmaq da olar. 


XX əsri rus əsiri də hesab etmək olar. Ona görə ki, rusların kommunizm ideologiyası yer kürəsinin böyük əksəriyyətində hakim idelogiya çevrilə bildi. Hələ, bu günümüzdə də, kommunist idealogyası əsasında idarə olunan dövlətlər də mövcuddur. Və nəhayət, bu əsri avropa əsiri saymaq olar. Avropalılar dünyanı özlərinəməxsus siyasi-ideoloji vasitə ilə, yəni  demokratiya vasitəsi ilə idarə edirlər.

Bunları yazmaqla, oxuculara bildirmək istəyirəm ki, XXl əsrin "Türk əsri" olması üçün, dünyanı tamamı ilə dəyişən, yeni bir yolun, ideoloji sistemin müəllifi olmalıyıq. 

Bəşərə, yeni bir konsepsya təqdim etmək vaxdı çatıb. Əslində, bu konsepsiya var.O konsepsyanı Asif Ata ərsəyə gətirib. Sadəcə millətdə özünə güvənlik, özünə inam formalaşmalıdır. "Bütün dəyərli fikirlər deyilib" kompleksindən qurtulmalıyıq.

Əgər bütün dəyərli fikirlər deyilibsə, nə üçün insanlar cəhalətdən qurtula bilmir? İnsanlar cəhalətdən qurtulub insanlıq mahiyyətinə qovuşa bilmirlərsə, demək bütün dəyərli fikirlər deyilməyib.Bu dəyərli fikirlərin müəllifi Türklər olacaq. O Türkləri ki, insanın qul olmasını insanlığa yaraşdırmadı!

O Türk ki, Hürüfilərin diliylə: "kamilləşən insan - allahdır"!- dedir.

AZƏRBAYCANREALLIĞI.COM   

Bizimlə əlaqə saxlayın