SƏMİMİ İNSAN...

Manşet / Köşə
 23-04-2022, 09:00     4 272

Seyidov Yasin İsmayıl. oğlu, Şəki rayonunun Kiçik Dəhnə kəndində anadan olub. Ailədə 3 qardaş 2 bacı olublar. Evin böyük övladı Yasin bəydir.

O, ilk təhsilini də elə 1 saylı Kiçik Dəhnə kənd orta məktəbində alıb.Təhsilini başa vurduqdan sonra Bakı şəhərinə gələrək, sənədlərini 6 saylı texniki peşə məktəbinə verir və" qaynaqçı" peşəsinə sahib olur. O, bu sənətlə Bakıda öz peşəsinə uyğun olaraq, müxtəlif sahələrdə mütəxəssis kimi çalışır.
Vaxt-vədə yetişir. 

Yasin  dostumuz bu gün milli məclisin deputatı, hörmətli Feyziyev Cavanşirlə Şəki şəhər hərbi komissarlığından Qazaxstan respublikasının Talqı qurqan şəhərinə hərbi xidmətə yollanırlar...

Hörmətli Cavanşir müəllim Yasin bəyin indidə həm sədaqətli dostu, həmdə həmyerlisi dir. 

Hərbi xidməti uğurla başa vurduqdan sonra, hər iki dost doğma Şəki şəhərinə qayıdır və bir müddət Şəki şəhərində yaşayıb, yenidən Cavanşir bəyin məsləhəti ilə  Rusiya federasiyasının Kirov şəhərinə yollanaraq, müxtəlif sahələrdə çalışmaqla, valideynlərinə köməkliklər göstərir.
Artıq onun yaşı 50 -i çoxdan keçib. 

Yasin bəy həmdə nigaran insandır. Nigarançılığı əsas etibarı ilə insanların işsizlikdən əziyyət çəkməlidir. 

O, deyir: zavodlar və fabriklər bağlandığından, insanlar özlərinə münasib iş tapa bilmirlər.
Hər gün qiymətlərin süni şəkildə qalxması insanları çıxılmaz vəziyyətə salıb...

Düşünür ki, insanların peşə və bacarığına uyğun olaraq, yeni iş yerlərinin açılması bəlkədə bu vəziyyətdən çıxış yolu olardı...!

Bu söyləmələr Ysin bəyin həm fikirləri, həmdə real olan arzuları dır! Yasin bəy, yaxşı yoldaş və tərəfdaşdır! Etibarlı və sədaqətli kişidir..!

Hara istəsən onunla yol yoldaşı olub, rahatca getmək olar.Çünki çox tədbirli və çevik insandır Yasin bəy ..!

Hirslənib, tez özündən çıxan deil. Yeyib- içməyə həvəsi yetərincədir, yoldaşlıq da paralelləri sevəndir! 

Balıqçılığa marağı böyük olduğundan hərdən balıqçılıqlada məşğul olur. 

Yüksək insani keyfiyyətlərə malik olan Yasin bəyə həmişə sağlam can və uğurlu yollar arzu edirik! Gələcəyin parlaq, naliyyətlərin bol olsun Yasin bəy!

Vahid Coşqun

AZƏRBAYCANREALLIĞI.COM